Zəlzələ 6 rayonda dağıntılara səbəb olub

img

11-02-2014 [15:00]


Fevralın 10-da baş vermiş zəlzələ Azərbaycanın bir sıra bölgələrində dağıntılara səbəb olub. Bu barədə fins.az-a "Azsığorta" şirkətindən bildirilib ki, artıq zəlzələnin törətdiyi dağıntılarla bağlı Şamaxı, Hacıqabul, İmişli, Sabirabad, Beyləqan və Yardımlı rayonlarından müraciətlər daxil olub.

Belə ki, "Azsığorta” şirkəti Qəbələ filialına zəlzələ nəticəsində 6 hadisə ilə bağlı məlumat daxil olub. Dağıntıların hamısı Şamaxıda baş verib. Filialın qəza eksperti Vüsal Aslanov fins.az-a bildirib ki, bu dağıntılardan 5-i Şamaxı şəhərində, 1-i isə rayonun Avaxlı kəndində baş verib. Zəlzələ nəticəsində zərər çəkən obyektlərdən 4-ü restoran, 1-i avtotəmir sexi, 1-i ərzaq mağazasıdır. Zərər çəkən restoranlardan 3-ü, avtotəmir sexi və ərzaq mağazası şəhərin özündə, daha bir restoran isə Avaxlı kəndində yerləşir.

"Azsığorta"nın Hacıqabul rayonundakı filialına isə dağıntılarla bağlı bir neçə rayondan müraciətlər daxil olub. Filialın qəza eksperti Qismət Əsədov fins.az-a bildirib ki, İmişlidə fərdi evə, Sabirabad rayonunun Moranlı kəndində mağazaya, Hacıqabulda kafeyə, Beyləqanda isə ticarət obyektinə zərər dəyib.

Zəlzələnin törətdiyi dağıntılarla bağlı şirkətin Lənkəran filialına da müraciət edilib. Filialın nümayəndəsi Ramil Kərimov bildirib ki, bu müraciət Yardımlıda mağazaya dəyən zərərlə bağlıdır.

"Hazırda bütün müraiətlərlə bağlı araşdırmalar aparılır - artıq şirkətin ekspertləri hadisə yerlərində obyektlərə baxış keçirirlər" - deyə "Azsığorta"dan bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA