BU DEPUTATLAR YAP-DAKI POSTLARINI İTİRDİ: onlar təşkilat sədrləri seçildi + SİYAHI
10-09-2021 [15:58]
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Bakı üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad edilib.
Mia.az Partiyaya istinadla xəbər verir ki, bununla bağlı partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub.
Belə ki, iclasda partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib.
Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı, Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov, Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva isə partiyadakı vəzifələrindən azad olunublar.
Toplantıda YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiya sıralarından xaric edilməsi ilə bağlı qərar qəbul edilib.
Bundan əlavə, iclasda Vüqar Seyidov yenidən Suraxanı rayon təşkilatının sədri, Namiq Əhmədov isə yenidən Xəzər rayon təşkilatının sədri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, bu ilin aprel ayında partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayıldıqdan sonra o, vəzifəsindən azad edilib. H.Mirələmov eyni zamanda YAP üzvlüyündən xaric edilib.
Qeyd edək ki, İdarə Heyətinin qərarına əsasən, Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlu, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlu, Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlu, Nərimanov rayon təşkilatının sədrliyinə Vəliyev Samir Əhməd oğlu, Xətai rayon təşkilatının sədrliyinə Rəhimzadə Vüqar Gəncəli oğlu, Nizami rayon təşkilatının sədrliyinə Vəlibəyov Ramil Vaqif oğlu, Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğlu, Sabunçu rayon təşkilatının sədrliyinə Vəliyev Misirxan İzzət oğlu, Qaradağ rayon təşkilatının sədrliyinə Əliyev Qafar Məmməd oğlu və Pirallahı rayon təşkilatının sədrliyinə isə Abasov Emil Tofiq oğlu təsdiqlənib.
***
Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin sabah - sentyabrın 10-da keçiriləcək iclasında partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinin bir neçəsi vəzifədən azad ediləcək.
Belə ki, sabahkı toplantıda partiyanın yerli təşkilatlarının sədrləri seçiləcək.
Amma YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyevin, Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin üzvü Cavid Osmanovun, Nəsimi rayon təşkilatının sabiq sədri, deputat Məlahət İbrahimqızının, Qaradağ rayon təşkilatının sabiq sədri, deputat Aydın Hüseynovun, YAP Səbail rayon təşkilatının sədri, keçmiş deputat Şəmsəddin Hacıyevin və bir neçə keçmiş deputatın hakim partiyanın rayon və şəhər təşkilatlarının sədrləri vəzifəsinə namizədlikləri irəli sürülməyəcək.
Qeyd edək ki, hakim partiyanın son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir/Report.
***
Sabah Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.
Məlumata görə, toplantıda bütün rayon təşkilatlarına sədrlər seçiləcək.
Bundan əlavə, YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə də baxılacaq/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi