Sahibə Qafarova Vyanada Birinci Qlobal Parlament Sammitində çıxış edib
09-09-2021 [15:34]
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 9-da Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Terrorizmlə Mübarizə üzrə Birinci Qlobal Parlament Sammitində çıxış edib.
Mia.az xəbər verir ki, spiker çıxışında 11 sentyabr hadisələrindən sonra terrorizmin qarşısının alınmasının və onunla mübarizənin dövlətlərin gündəliyində dayanan ən vacib məsələlərdən birinə çevrildiyini diqqətə çatdırıb.
Bildirib ki, beynəlxalq ictimaiyyət hazırkı mərhələdə təhlükəsizliyə təhdid və əsas insan hüquqlarının kobud surətdə pozulması olan terrorizmlə mübarizəyə paralel olaraq, BMT çərçivəsində qəbul edilmiş beynəlxalq sənədlərdə effektiv antiterror tədbirlərinin əsas elementlərdən biri kimi qəbul edilmiş terror qurbanlarının hüquqlarını tam nəzərə almalıdır.
Sahibə Qafarova dünyada terror qurbanlarına və onların ailələrinə lazımi dəstəyin göstərilməsinin vacibliyini söyləyərək əlavə edib ki, parlamentlər terror qurbanlarına mümkün olan ən böyük yardım və dəstəyin göstərilməsi üçün təsirli mexanizmlərin formalaşmasında əsas rol oynayaraq, bu məsələnin həllində hökumət, vətəndaş cəmiyyəti təşkilatları, media və özəl sektor arasında əməkdaşlığı yaradan inklüziv qanunlar hazırlamalıdır. Terror qurbanlarına dəstəklə bağlı müvafiq qanun və qaydalar BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasında və Terror Qurbanlarına Yardım üzrə Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsinə dair Qətnaməsində təsbit edilmiş prinsip və öhdəlikləri özündə əks etdirməlidir.
Milli Məclisin sədri heç bir ölkənin terror təhlükəsindən sığortalanmadığını nəzərə alaraq, bütün dövlətlər tərəfindən terror qurbanlarına dəstək üçün müvafiq hüquqi və institusional tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın xarici döyüşçü terrorçular, terrorizmin maliyyələşdirilməsi, terrorizm, zorakı separatizm, ekstremizm və digər qanunsuz fəaliyyətlər arasındakı əlaqənin aradan qaldırılması da daxil olmaqla, bütün formalarda və təzahürlərdə terrorçuluğa qarşı mübarizədə ardıcıl dəstək göstərdiyini xatırladan Sahibə Qafarova vurğulayıb ki, ötən il 44 günlük müharibə Ermənistanın Azərbaycana qarşı fəal şəkildə istifadə etdiyi zorakı separatizm, terrorizm və ekstremizm arasındakı əlaqəni açıq şəkildə göstərdi.
Spiker diqqətə çatdırıb ki, Azərbaycana qarşı törədilən terror aktlarının qurbanları ilə bağlı xüsusi şərtlər nəzərə alınmaqla, ölkəmizdə terror qurbanlarının ehtiyaclarını qarşılamaq üçün geniş və davamlı dövlət və qeyri-hökumət yardımları mövcuddur. Azərbaycanın bu sahədəki siyasəti terror qurbanlarının və onların ailələrinin həyatlarının sürətlə normallaşmasına yönəlib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi