11-02-2014 [12:10]
Hazırda respublika ərazisində, o cümlədən dünən baş vermiş zəlzələnin episentrində seysmoloji baxımdan vəziyyət sakitdir. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, dünəndən sonra təkrar təkanlar qeydə alınmayıb:
"Hazırda sakitlikdir. Zəlzələ yerin 55 km dərinliyində olduğundan müəyyən vaxtdan sonra zəif təkanlar ola bilər. Güclü zəlzələdən sonra adətən afterşoklar olur. Məsələn, Zaqatalada baş verən zəlzələdən sonra yüzlərlə zəif təkanlar oldu. Çünki o, dayaz yerdə baş vermiş zəlzələ idi. Həmin zəlzələ 8 km dərinlikdə baş vermişdi".
Q.Yetirmişli bildirib ki, praktika zəlzəldən sonra təkanların qeydə alınmadığı halların olduğunu da göstərir: "Praktika göstərir ki, zəlzələ baş verdikdən sonra yeni təkanlar da baş verir, vəziyyət sakit də qalır və fon səviyyəsinə düşür. Hesab edirəm ki, yenidən zəlzələ olsa da, dünənki gücdə ola bilməz. Zəlzələ özününün maksimal gücünü dünən göstərib".
Onun sözlərinə görə, dünəndən sonra təkrar təkanların baş verməməsi enerjinin çox toplanmasına səbəb ola bilməz. Çünki ocaqdakı hərəkət tipi qırılıb-düşmədir:
"Yəni 55 km dərinlikdə laylar dəstəsi ki, qırılıb, ocaqda hansı prosesin baş verməsini araşdırırıq. Görürsən ki, burada hərəkət tipi yalnız qırılıb-düşmədir. O düşmənin nəticəsində də sakitlikdir. Ola bilər ki, müəyyən vaxtdan sonra - bu, bir neçə gündən sonra da, lap bu gün də ola bilər- layın hansısa qalan hissəsi qırılıb düşsün. Zəif təkanlar da onda ola bilər. Bunun da heç bir qorxusu yoxdur".
Qeyd edək ki, fevralın 10-da yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.
Zəlzələ 3-5 bal gücündə Azərbaycanın bütün ərazilərində hiss edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi