QHT sədri Jalə Cəfərova Rəhim bəy Novruzbəyov haqda danışdı

img

11-02-2014 [12:03]


Maarifçi və xeyriyyəçi Rəhim bəy Novruzbəyovun xatirəsi üçün bu gün (11.02.14) saat 13-30 da BMM də QARABAĞ MAARİFÇİLƏRİ elmi-praktik konfransı keçiriləcək. Birlik.az saytı olaraq, tədbirdən öncə Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərovadan tədbirin mahiyyəti ilə bağlı münasibət öyrəndik:

"Rəhim bəy Novruzbəyov 1865(1870-71) -ci ildə Qarabağın Ağcabədi rayon Hüsülü kəndində ziyalı ailəsində, həm də bəy ailəsində dünyaya gəlib. Şuşada orta təhsil aldıqdan sonra Qori seminariyasına daxil olub. Daha sonra Peterburq Darlüfünündə təhsil alıb. Uzun illər Qubadlıda, Hüsülüdə kənd müəllimi kimi fəaliyyət göstərib. Dövrün qabaqcıl insanları ilə, o cümlədən C Məmmədquluzadə ilə ailəvi dost olub. Rəhim bəy öz şəxsi vəsaiti hesabına 3 məktəb tikdirib. Qızları məktəbə cəlb etmək üçün Peterburqdakı evlərinə nəzarət edən Nadya adlı xanımı çox çətinliklə gətirir ki, kənd camaatı da qızlarının təhsil almasına mane olmasınlar. Xanımı Maytaxan kənd əhalısinə Rəhim bəylə birgə tibbi yardım göstəriblər. Bu gün də onu hörmətlə yad edirlər. Tikdirdiyi məktəb çox bərbad haldadır, ancaq hal-hazırda 7 saylı musiqi məktəbi kimi fəaliyyət göstərir. MMTi birliyi olaraq daim mənəvi bərpasına ehtiyacı olan məsələlərə, sahələrə nüfuz etmək istəmişik. Elə buna görə də bir ildir ki, tez-tez Ağcabədiyə gedib lazımı şəxslərlə söhbət etmişik, inandırmağa çalışmışıq ki, bu məktəb təmir olunub Rəhim bəyin adını daşımalıdır. İcra aparatından söz veriblər. Hələlik Rəhim bəyin əziz xatirəsi üçün bu gün saat 13-30 da BMM də QARABAĞ MAARİFÇİLƏRİ elmi-praktik konfransı keçirəcəyik

Qeyd edək ki, tədbirdə bir sıra ictimai-siyasi xadimlər, QHT və media sədrləri və nümayəndələri, o cümlədən Azad Qarabağ Uğrunda Alyansın rəyasət heyətindən Mina Qurbanlarına Dəstək ictimai birıiyinin sədri Məmmədhəsən Həsənov, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Məşəl ictimai birliyinin sədri Alman Abbasov, QAT sədri Akif Nağı, Qarabağ Qazilər birliyinin sədri Etimad Əsədov, Vətən Əlilləri və Veteranları ictimai birliyinin sədri Firudin Məmmədov, Azrəbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov və digər üzvlər də iştirak edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA