Hikmət Hacıyev: "Bu məsələdə də Ermənistanın bir öhdəliyi var" - "Ermənistan silah alır, ordu qurmaq istəyir"
06-09-2021 [16:57]
“Prezidentin qoyduğu tapşırıqlara və təlimatlara uyğun olaraq, Azərbaycanın işğaldan azad olunan torpaqlarında genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir”.
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində bildirib.
O, Şuşa şəhərinə çəkilən Zəfər yolunun olduğunu da xatırladıb: “Amma cənab Prezidentin dediyi kimi Azərbaycan dövlətinin istəyi ən tez zamanda məcburi köçkünlərimizin öz torpaqlarına şərəfli və güvənli şəkildə qayıtması təmin olunmasıdır. Cənab Prezident söyləmişdi ki, biz zamana qarşı işləyirik, amma inşallah bizim xalqımızın, dövlətimizin niyyətidir ki, məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıtsınlar”.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın dövlət olaraq qonşuları ilə normal şəkildə yaşamağı bacarmağına ehtiyac var:
“Ermənistanın bu gün bəlkə də silah-sursata, mərmiyə ehtiyacı yoxdur. Ermənistan silah alır, ordu qurmaq istəyir. Bu kimi işlərin Ermənistanın özü-özünü təsəlli etmək cəhdlərindən başqa bir şey olduğunu düşnümürük. Əgər Ermənistanda kimlərsə revanşla bağlı düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olmuş olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra da öz sərhədlərinin mühafizəsiini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək.
Zəngəzur dəhlizinin açılması məsələsində üçtərəfli təmaslar davam edir. Dəhlizin açılması məsələsi 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın bir tərkib hissəsidir. Ona görə bu məsələdə də Ermənistanın bir öhdəliyi var. Nəticə etibarı ilə regionumuzda əlaqələrin daha da yaxşılaşdırılması baxımından hər kəs üçün yaxşı fürsət olacaq. Amma təəssüf ki, bu məsələ ilə bağlı Ermənistanda qeyri-rasional, məntiqsiz fikirlər görürük”
Prezidentin köməkçisi bildirib ki, 30 illik münaqişə müddətində Ermənistan tərəfi nümayişkaranə şəkildə Azərbaycanın mədəni və islam irsi işğal altındakı torpaqlarda məhv edirdi:
“Dəfələrlə UNESCO-ya müraciət etdik. Cavabda isə onun siyasi təşkilat olmadığı, Minsk qrupu rəhbərlərinin məsələ ilə maraqlandıqları və UNESCO-nun bu məsələ ilə məşğul olmaq iqtidarında olmadığı qeyd edilib. Tarixi, mədəni irs elə bir şeydir ki, binaları yenidən tikmək olar, amma mədəni, xüsusilə də tarixi irsi bərpa etmək çox çətin olur. Bu, təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinin tərkib hissəsisdir. UNESCO tərəfindən regiona gəlməklə bağlı müəyyən hazırlıq ifadə olunmuşdu. Biz onları qəbul etməyə hazırıq. Silahlı münaqişələr zamanı mədəni irsin qorunması ilə əlaqədar Konvensiya əsas olmalı, onlara mandat verməlidir. Bunun əsasında da bütün mədəni irsimizin qiymətləndirilməsi həyata keçirilməli, onlara dəymiş ziyanın qiymətləndirilərək beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi