İnfeksionist: "Azərbaycanda yüksək yoluxma halları hələ azalmayacaq"
06-09-2021 [14:16]
"Yoluxma hallarının artması delta ştamı ilə bağlıdır. Bu ştamda yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən orta hesabla 30-50 faiz çoxdur. Delta variantında yoluxuculuq yüksəkdirsə, deməli ölüm halları da yüksəkdir. Sadə təhlil apararaq görərik ki, COVID-19 infesiyasında ölüm halları 4-5 faiz hallarda olurdusa, delta ştamında bu, 10-12 faiz arasında dəyişir. Yəni ötən ilki rəqəmləri bu illə müqayisə edəndə görürük ki, ölüm halları təxminən 2 dəfə artıb".
Bunu açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.
Onun sözlərinə görə, hələ də virusu ciddiyə almayan insanlar var: “Yayda karantin qaydaları yumşaldılandan sonra insanlar COVID-19-un varlığını unutdular. Qapalı yerlərdə maskasız, toylarda 50 nəfərlik adı ilə 200-300 nəfər iştirak halları yoluxmaları artırdı. İndi bir az COVID pasportuna görə vaksin olunanların sayında artım var. Hesab edirəm ki, hələ 20 gün,1 ay müddətinə yoluxma yüksək göstəricilərlə davam edəcək. Ondan sonra nisbətən səngiməsi müşahidə ediləcək. Buna görə insanlar vaksinasiya olunmalıdırlar, çünki xəstəliyin qarşısının alınamasında vaksinasiya birinci yerdə dayanır”.

Vüqar Cavadzadə
İnfeksionist qeyd edib ki, bəzi insanlar temperaturu olduğu halda əhəmiyyət vermir: “Soyuq olduğunu, guya kondisionerdə yatdıqlarını bəhanələr gətiririlər. Evdə düzgün müalicə almırlar, gecikdirirlər. Xəstəliyin ikinci həftəsindən artıq ağırlaşmalar başlayır. O zaman düşür xəstəxanaya. Bilirik ki, bu virusun konkret dərmanı yoxdur. Olsaydı, xəstəxanalarda bu qədər insanlar ölməzdi. Xəstəxanada da həkimlər sehirbaz deyil ki, çubuğunu işə salıb, ağır xəstələri vəziyyətdən çıxarsın. Ağır xəstələrin vəziyyətdən çıxması sadəcə bir şans məsələsidir. Xəstəxanalarda rəsmi olar gündəlik 40-45 nəfər ölür, qeyri rəsmi rəqəmlər bəlkə də iki dəfə artıqdır”.
V.Cavadzadə insanlara çağırış edib: “Öz həyatlarına laqeyd yanaşmasınlar, evdə tibb bacılarının özbaşına yazdıqları dərmanları qəbul etməsinlər. Onlar elə dərmanlar yazırlar ki, o dərman virusun müalicəsinə əks göstərişdir. Çoxu sistemlər məsləhət görürlər, çünki öz maraqlarını güdürlər. Sistemin birini 30-50 manata vururlar. Gəlir çox əldə etmək üçün çoxlu sistemlər yazırlar. Bu da xəstələri pis günə qoyur. İnsanlar axtarıb mütəxəssis, həkim infeksionistlərlə məsləhətləşsinlər. Ölkədə kifayət qədər infeksionist var”/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi