İTV və Space-ə xəbərdarlıq olundu

img

10-02-2014 [17:31]


10 fevral 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda "İctimai Televiziya və Radio Yayımları Şirkəti” və "Space Müstəqil Tele-radio Şirkəti” tərəfindən "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.2, 35.7, 35.8-ci maddələrinin tələblərini pozduğuna görə "İctimai Televiziya və Radio Yayımları Şirkətinə, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə "Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA