Azərbaycanda güclü zəlzələ oldu (YENİLƏNİB-2)

img

10-02-2014 [16:25]


AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi bir neçə dəqiqə öncə Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Xidmətdən verilən məlumata görə, zəlzələnin maqnitudası 5.80 olub. Təkanlar yerli vaxtla saat 16:06 Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələ hiss olunub.

Yeraltı təkanların şimal bölgəsində də hiss olunduğu deyilir. Xaçmaz Rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, şimal bölgəsində zəlzələnin 3,5 4 bal gücündə olduğu deyilir.

***16.16

Zəlzələnin Sumqayıtda da hiss olunduğu bildirilir.

***16.11

Bakıda zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, bu dəqiqələrdə paytaxtda yeraltı təkanlar hiss olunub. Hazırda hadisə barədə məlumat hazırlanır.

Sakinlərin ANS PRESS-ə verdikləri məlumata görə, yeraltı təkanlar şəhərin bir çox yerlərində hiss olunub. Sosial şəbəkələrdə də bu barədə şərhlər yazılıb. Yeraltı təkanların Gəncədə də baş verdiyi bildirilir.

Əlavə məlumat verəcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA