Generalın qardaşı vəkilə hücum olmadığını, qardaşı oğlunun da ölkədən qaçmadığını deyir: "Sübutlar var, təqdim edəcəyik"
05-09-2021 [00:15]
əbər verdiyimiz kimi sabiq birlik komandiri, general-leytenant, Milli qəhrəman Rövşən Əkbərovun məhkəməsində onun oğlu Telman Əkbərovun vəkil Elçin Sadıqova hücum etməsi ilə bağlı məlumatlar yayılıb.
Mia.az Yxəbər verir ki, bu barədə vəkil ölkə rəhbərliyinə müraciət edib.
Cəmiyyətdə ciddi rezonans doğuran bu xəbərlə bağlı Manset.az Rövşən Əkbərovun həmin məhkəmədə iştirak edən qardaşı Qulam Əkbərovla əlaqə saxlayıb.
O, açıqlamasında vəkil Elçin Sadıqova hücum olunması xəbərini təkzib edib və vəkilin özünü belə qeyri ciddi xəbərlərlə reklam etdiyini bildirib: “Məhkəmə salonundan ən son çıxan adam mən olmuşam. Orda əlbəyaxa proses olmayıb. Sadəcə Telman cavan oğlandı, görüb ki, vəkil atasına qarşı qərəzli davranır, qərəzli suallar verir, ona görə məhkəmədən sonra vəkilə yaxınlaşaraq irad bildirib. Yəni söz dialoqu olub. Orda Telman bildirib ki, siz atama qarşı niyə belə davranırsız. Vəkil də Telmana ağıllı ol, deyib, gedib. Məsələnin mahiyəti bundan ibarətdir.”
Daha sonra Qulam Əkbərov hadisə barədə bunları deyib:
“Təbii ki, Rövşən Əkbərovun məhkəməsi ölkə əhəmiyyətli məsələdir. Bu vəkil də qarşı tərəfin hüquqlarını müdafiə edir və belə səs-küylü məhkəmədə qarşı tərəfin müdafiəsinə yox, daha çox özünün şəxsi maraqlarının yüksəldilməsinə və reytinqinin artırılmasına xidmət edən davranışlar ortaya qoyur. Dünən mən oxudum. Vəkil açıqlama verib, bir az da üstünə qoyub ki, polis bildirib ki, Telman ölkəni tərk edib. Orda bir cümlə də işlədilir. Hücum edib və xəsarət yetirib. Orda xəsarətdən söhbət gedə bilməz. Bu barədə kameralarda görüntülər var. Telman bacısının uşağını Türkiyəyə həkimə aparmaq üçün onlarla birlikdə gedib. Bu səfər də əvvəlcədən planlaşdırılıb ki, məhkəmədən sonra getsinlər. Bu barədə sübutlar da var. Lazım olsa təqdim edəcəyik. Telman bir neçə günə geri qayıdacaq və komandirin məhkəməsində iştirak edəcək. Təbii ki, mən Telmana bu məsələdə haqq qazandırmıram, o vəkilə nəsə söz deməməli idi. Görünən budur ki, adi bir dialoq hansı formada təqdim edilib. Digər tərəfdən o vəkil məhkəməni də ittiham edib ki, guya Rövşən müəllim istənilən vaxt durur, etiraz edir. Belə bir şey ola bilməz. Məhkəmə ciddi yerdir. Komandir də belə bir xüsusiyyətə sahib adam deyil.”
Məlumat üçün bildirək ki, Rövşən Əkbərovun qardaşı Qulam Əkbərov da uzun illər hərbi sistemdə fəaliyyət göstərib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi