"Bizim əsas səylərimiz üçtərəfli razılaşmalara cəmləşib, həmsədrlər isə..." - Rəsmi Moskvadan Qarabağ və Türkiyə ilə bağlı yeni açıqlamalar
02-09-2021 [18:35]
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Moskvanın diqqət mərkəzindədir. Bizim bu istiqamətdə siyasətimiz aktivdir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
“Bizim əsas səylərimiz üçtərəfli razılaşmaların həyata keçirilməsinə cəmləşib. Prioritetlər sırasında Qarabağda humanitar problemlərin həlli, Ermənistan-Azərbaycan sərhədində gərginliyin deeskalasiyası, Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin açılması var. Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövcud mandat əsasında yeni regional reallıqları adekvat şəkildə nəzərə almaqla, Qarabağ nizamlanması ilə bağlı işinin fəallaşmasını dəstəkləyirik. Hesab edirik ki, həmsədrlər Bakı ilə İrəvan arasında inamın yüksəlməsinə, eləcə də humanitar məsələlərin həllinə kömək edə bilər. Hal-hazırda yeni rusiyalı həmsədr İqor Xovayev regional səfərə çıxıb. Onun Azərbaycan rəhbərliyi ilə görüşü olub, qarşıda analoji təmasları Ermənistanda olacaq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb/APA.
Zaxarova Türkiyə ilə Ermənistan arasında münasibətlərin qaydaya düşməsi barədə hər iki ölkə tərəfindən verilən mesajları da müsbət dəyərləndirib: “Ankara ilə İrəvan arasında bir müddət öncə müsbət siqnal mübadiləsini gördük. Rusiya hər zaman Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olub. Bilirsiniz ki, Rusiya Sürix protokollarının imzalanması prosesində birbaşa iştirak edib. Moskva 2009-cu ildə Sürix protokolların imzalanmasının əsas təşəbbüskarı və vasitəçisi rolunda çıxış edirdi. Sürix protokolları Türkiyə və Ermənistan arasında heç bir ön şərt irəli sürmədən əməkdaşlığı nəzərdə tuturdu. Təəssüf ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş təşəbbüs həyata keçmədi, tərəflər bu təşəbbüsü reallaşdırmadı, bu artıq hər ölkənin öz iradəsi idi.
Rusiya indi də iki qonşu ölkənin - Türkiyə və Ermənistanın qarşılıqlı hörmət və bir-birinin maraqlarını nəzərə almaqla yaxınlaşması üçün hər cür kömək etməyə hazırdır: “Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarının həyata keçməsi kontekstində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bərabər Ankara-İrəvan münasibətlərinin də normallaşması regionda sülh, sabitlik və çiçəklənməyə xidmət edərdi. O ki qaldı “altılıq” platformasına, biz hesab edirik ki, bu cür format platformanın potensial iştirakçılarının maraqlarına, sülhün, inamın möhkəmlənməsinə, iqtisadi proseslərin stimullaşmasına, Cənubi Qafqazda əməkdaşlıq proseslərinə töhvə verərdi”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi