Xüsusi nümayəndə: “Ağdamın mərkəzində çoxmənzilli binalar tikiləcək”
02-09-2021 [18:06]
“Ağdamın baş planı təsdiq olunub və baş plan cənab Prezident tərəfindən ictimaiyyətə təqdim olunub. Baş planla əlaqədar ictimaiyyətə geniş məlumatlar təqdim olunub. İnsanları ən çox Ağdamda yaşayış binalarının tikintisi maraqlandırır. Əlbəttə ki, bu, çox vacib məsələdir. Çünki bizim əsas məqsədimiz Ağdamdan olan məcburi köçkün vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmasıdır. Ona görə də, bu hədəfə yönəlmiş bütün tədbirlər həyata keçirilməlidir”.
Mia.az xəbər verir ki, bu fikirləri Report-a Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O bildirib ki, baş planda söhbət təkcə onlar üçün yaşayış binalarının tikilməsindən getmir, həm də çoxsaylı iş yerlərinin yaradılması nəzərdə tutulur. Ağdam şəhəri baş plana əsasən çox müasir və böyük bor şəhər olacaq. Xüsusilə də gənc vətəndaşlarımızın burada yaşayıb inkişaf etməsi üçün böyük imkanlar yaranacaq. Ağdamın “ağıllı şəhər” konsepsiyasına uyğun olaraq tikilməsi nəzərdə tutulur. Buradakı binaların da xüsusi beynəlxalq standartlara uyğun olaraq ”ağıllı binalar” tipologiyasına uyğun olaraq inşası nəzərdə tutulur. Onu da qeyd edim ki, Ağdam Azərbaycanın ən günəşli rayonlarından biridir. Son 50 ilin məlumatına əsasən, ilin 2/3 hissəsi günəşli gün hesab olunur. Bu, ondan xəbər verir ki, günəş enerjisinin potensialı böyükdür və bundan yaxşı istifadə etmək olar. Ona görə də binaların layihələndirilməsi zamanı bu məsələlər nəzərə alınacaq. Daha çox enerji səmərəliliyinə yönəlmiş layihələrə üstünlük verəcəyik. Bütün bunlar diqqətlə təhlil olunur. Hazırda layihələndirmə mərhələsindəyik. Baza infrastrukturu tamamlanma üzrədir. Bundan sonra yaxın zamanda genişmiqyaslı tikinti işlərinin şahidi olacağıq. İctimaiyyətə bu barədə ətraflı məlumat veriləcək. Yaxında "Yolumuz Ağdama" adlı səfərlər başlayacaq. Bununla bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Ancaq mina təhlükəsi hələ tam aradan qalxmayıb. Bu təhlükəsizlik məsələlərini nəzərə alaraq prosesləri həyata keçirmək niyyətindəyik”.
E.Huseynov qeyd edib ki, Ağdamda müxtəlif mərtəbəli binaların tikilməsi nəzərdə tutulur:
“Ancaq çox hündür mərtəbəli binaların olmasını istəmirik. Maksimum 16 mərtəbəli binalar şəhərin mərkəzində olacaq. Kənarlara getdikcə insanların daha rahat məskunlaşması üçün alçaq mərtəbəli binalar qurulacaq. İnsanların geniş şəhərdə sıxlıqdan, tıxacdan uzaq şəkildə yaşamağını istəyirik. Bunların hər biri dəqiqləşdikcə ictimaiyyətə ətraflı məlumat veriləcək”/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi