10-02-2014 [11:54]
Reklamlar müasir dövrün tələbatıdır. Reklamlarda sətiraltı olaraq kişilərin və qadınların sosial rolu göstərilir. Tez-tez təkrarlanan, az qala gün ərzində, hətta sevdiyimiz verlişlərin, kinofilmlərin arasında yüzlərlə reklam gedir. İstər-istəməz onları əzbərləyirik.
Təkrar biliyin anasıdır ifadəsini dolayı yolla reklamlara aid etsək, bu reklamların uşaq və böyüklərin psixikasına təsirinin olduğunu müşahidə edə bilərik.
Müasir reklamlar kişi və qadınlara, özlərini cəmiyyətdə aparmağa ipucu verir
Müasir reklamlar kişi və qadınlara, özlərini cəmiyyətdə aparmağa ipucu verir. Bu ipucunu mənfi və ya müsbət olması gələcəkdə bilinəcək.
İndi məsələyə bir az konkret yanaşaq. Müasir reklamlarda qadın, ailədə təsvir olunur. Bütün işlər onun boynundadır. Pampers dəyişir, ev-eşiyi yığışdırır, kafel-metlaq ağardır, vannanı sürtür, üzr istəyirəm çanağı və.s. Yuyur, yığışdırır, təmizləyir və nəhayət, sonda "Mən qadınam, qabyuyan deyiləm” deyə bağırır. Əlqərəz, reklamda zərif qadın, şirə, pələngə dönür. Ailənin bütün yükü onun çiyinlərindədir.
Gender məsələləri ilə bağlı şüuraltı reklamlarda qadınlar çılpaq pəri, kişilər isə ovçu qismində təsvir olunur.
Reklam, "Bunu mütləq al” demir. Həm də şüuraltı komfortu, həzzi, rahat həyatı diktə edir. Yəni "Pula nəyi almaq olmaz ki?”
Biz reklamlar vasitəsilə təkcə diş məcunu, saqqız, dezodarant, parfüm, geyim, dondurma, qırışları açan fransız kremləri almırıq, həm də ailədə, cəmiyyətdə, məktəbdə, insanların bizə münasibətlərində imic, həyat tərzi "qazanırıq”. Bizə istifadə etdiyimiz məhsullara, parfümun hansı firmaya mənsub olmasına görə, geyindiyimiz brendlərə görə hörmət edirlər. Və ya biz, bu sadalananların müqabilində hörmət qazanmaq istəyirik.
Reklamlar vasitəsilə qadın, biləvasitə qurban kimi, fetişizm obyekti kimi qələmə verilir
Reklamlar vasitəsilə qadın, biləvasitə qurban kimi, fetişizm obyekti kimi qələmə verilir. Yəni müasir qadının reklamdakı obrazı budur.
Saqqız öpüş üçün nəzərdə tutulub, şokoladı nədənsə çimərlik paltarı geyinmiş qadın reklam edir. "Cənnət həzzi”dir misalında.
Reklamlarda qadınlar şəxsiyyət olaraq özündə heç nə daşımır
Bir sözlə qadın, evdar, kişinin istəklərini reallaşdıran, ehtiras obyekti kimi göstərilir. Məsələn, "Baş döndürən dolğun saçlar” kişilərin ağlını başından alır. Reklamlarda qadınlar şəxsiyyət olaraq özündə heç nə daşımır.
Bütün bu sadaladıqlarım hər gün, hər saat, hər dəqiqə təkrarlanır və sizdən xəbərsiz şüurunuzda iz salır və sizdə həyata baxışınızda düzəlişlər edir.
Günel Eyvazlı (birlik.az saytının köşə yazarı)
birlik.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi