Sabiq nazir Füzuli Ələkbərovun oğlu məhkəmə qarşısında

img

10-02-2014 [11:28]


Şəki Ağır Cinayətlər Məhkəməsində ötən il yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı saxlanılan şəxslərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Interpress.az xəbər verir ki, bu gün zərərçəkmiş qismində İsmayıllı rayonun sabiq icra başçısı Nizami Ələkbərovun qardaşı oğlu, sabiq Əmək və Əhlinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun və onun qohumu Elxan adlı şəxsin məhkəmədə iştirakı gözlənilir.

Qeyd edək ki, Vüqar Ələkbərov və onun qohumu Elxan adlı şəxs dəfələrlə məhkəməyə çağırılmalarına baxmayaraq gəlmədikləri üçün məhkəmə hər iki şəxsin barəsində məcburi gətirilmə haqqında qərar çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA