Deputat "7 rayona icra başçısı niyə təyin olunmur" sualına belə cavab verdi: "Özlərini orta əsrlərin xanları kimi aparıblar və..."
01-09-2021 [11:39]
Hazırda Azərbaycanda yeddi rayonun icra başçısı vəzifəsi boşdur. Yəni 7 əyalət başçısız qalıb və icra hakimiyyətlərindəki müavinlər səviyyəsində idarə olunurlar.
Mia.az xatırladır ki, sonuncu dəfə avqustun 9-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Həbib İbrahimov Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hələlik onun yerinə də təyinat yoxdur. İcra başçısı olmayan rayonlardan biri Bakının Nizami rayonudur. Ölkə başçısının ötən ilin iyulun 11-də imzaladığı sərəncama əsasən, Arif Qasımov vəzifəsindən azad olunub.
Həmçinin 2020-ci il dekabrın 8-də Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, mayın 22-də Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı postundan, avqustun 20-də Ceyhun Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, 2021-ci il aprelin 27-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər.
Bundan başqa, aprelin 29-da Rövşən Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı postundan azad olunaraq, Ağsuya başçı göndərilib. Amma Lerik İH başçısı vəzifəsi boşdur. İşdən çıxarılan icra başçılarından Namiq Zeynalov, Ceyhun Cəfərov və Alimpaşa Məmmədov həbs olunublar.
Azərbaycanda icra başçıları və onların fəaliyyəti haqda neqativ rəylər var. Hətta çoxdan belə gözlənti var ki, icra hakimiyyətləri ləğv edilib, əvəzində yeni bir idarəetmə forması yaradılsın. Əslində bununla bağlı ilkin işarələr var. Məsələn, Ağdam rayonunun icra başçısı da, Ağdam üzrə Prezidentin nümayəndəsi də var. Bu, Şuşa şəhəri üzrə də belədir. Düzdür, bu təcrübə işğaldan azad edilmiş ərazilərlə bağlıdır. Amma iddia olunur ki, bu, ilkin olaraq bir sınaq kimi təcrübədən keçirilir və sonra xüsusi nümayəndəliklər ola bilər. Çünki mərkəzi icra hakimiyyəti orqanlarında ciddi dəyişikliklər olacağını həbslər də təsdiqləyir. Bəs icra hakimiyyəti strukturlarının daha çevik və effektli idarəetmə ilə əvəzlənməsi nələri dəyişə bilər?
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirib ki, yerli özünüidarəetmə sistemində ciddi islahatlara zərurət var. Onun özlərinə görə, bu proses vaxt aparacaq, amma bələdiyyələrin rolunun artırılması lazımdır: “Türkiyədəki bələdiyyələrin səlahiyyətlərinə baxanda oxşar sistem bizə də gətirilə bilər. Bölgənin sosial, təhsil və mədəniyyət məsələləri ilə məşğul ola bilər. Ona görə sistemli dəyişikliklər lazımdır”.
Deputat hesab edir ki, cəmiyyətdə icra başçılarına neqativ münasibətin olması səbəbsiz deyil: “Çünki yerli icra başçıları özlərini orta əsrlərin xanları kimi aparıblar və bu da cəmiyyətdə çox ciddi narazılığa səbəb olub. Hətta onlar keçmiş ”raykom" katiblərinə bənzəyirlər. O baxımdan yerli idarəetmədə dəyişikliklər zəruridir".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib ki, yerli idarəetmə ilə bağlı hakimiyyətə təklifləri var. Onun sözlərinə görə, icra hakimiyyətləri bir struktur kimi ləğv olunmalıdır, çünki özlərini doğrulda bilməyiblər: “Bələdiyyələr var. Hazırda bələdiyyələr heç bir səlahiyyəti olmayan amorf təşkilatlara çevriliblər. Şəffaf seçki sistemi ilə bələdiyyələr formalaşdırıla və səlahiyyətləri artırıla bilər”.
AMİP sədri bildirdi ki, bir neçə icra başçısı eyni ittihamla həbs olunub, digərləri bundan nəticə çıxarmayıblar: “Üstəlik, onlar korrupsiyalaşıblar, əhali ilə icra başçıları arasında bir uçurum yaranıb. Ona görə Türkiyədə olduğu kimi bələdiyyələri fərqli şəkildə qurmaq, onların səlahiyyətlərini bərpa etmək lazımdır. Prezidentin yerlərdəki xüsusi nümayəndələri isə tapşırıqların icra olunmasına nəzarət funksiyasını yerinə yetirməlidirlər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi