Arif Əsgərov Ziya Məmmədovdan 600 min manat üçün zəng gözləyir - Qalmaqal

img

09-02-2014 [19:07]


Redaksiyamıza nəqliyyat naziri Ziya Məmmədovla «Dövlət Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov «Azəryolservis»in rəhbəri, deputat Cavid Qurbanovun 11 saylı İnşaat İstehsalat Təsərrüfat Trestinin həyata keçirdiyi 880 min manatlıq təmir-tikinti  işlərinin pulunu «fırlatmaları» haqda çox maraqlı şikayət məktubu daxil olub.

 Mi.az "Reytinq” qəzetinin bugünki sayında dərc olunan məqaləyə istindən xəbər verir ki, şikayətçilərCahangir Fikrət oğlu Şirinov, Qurban Bədəl oğlu Daşdıyev, Elnur Qara oğlu Quliyev, Yusif Fəttah oğlu Məmmədov, Əhməd Qara oğlu Əhmədov, Samir Tofiq oğlu Əhmədov, Rasim Məmməd oğlu Sadıqov, Balakişi Səməd oğlu Səmədov, Taleh Səməd oğlu Səmədov, Ələsgər Ərzulla oğlu Səmədov, Məmməd Sabir oğlu İsmayılov Hamiz Ağahüseyn oğlu Əliyevin imzaladıqları çoxsaylı maliyyə-mühasibat sənədlərinin əlavə olunduğu məktubda nəqliyyat naziri Ziya Məmmədov, Arif Əsgərov Cavid Qurbanov 11 saylı İnşaat İstehsalat Təsərrüfat Trestinə çatacaq 880 min manatın 600 minini ödəməkdən bu günə qədər yayınlıqları bildirilib.

Nəticə etibarı ilə işçilər rəhbərlik çox ciddi sıxıntılarla üzləşiblər:

 «Nəzərinizə çatdırırıq ki, 11 saylı İnşaat İstehsalat Təsərrüfat Tresti ilə Nəqliyyat Nazirliyinin «Dövlət Dəmir Yollar» QSC-nin tabeliyində olan Biləcəri Dəmiryolu Xəstəxanasının təmir bərpa və daş örtüyü işlərinin aparılması haqda 880 min manatlıq müqavilə bağlanılıb. Bu müqavilə Cavid Qurbanovla Ziya Məmmədovun da təsdiqlərindən keçib. Lakin illər əvvəl işlərin yüksək səviyyədə görülməsinə baxmayaraq, müqavilə smeta-layihə əsasında görülmüş 880 min manat vəsaitin cəmi 280 manatı11 saylı İnşaat İstehsalat Təsərrüfat Trestinə köçürülüb. Qalan məbləğ isə bu günədək ödənilməyib».

 Arif Əsgərov Ziya Məmmədovun zəngini gözləyir

 Şikayətçilər yazır ki, problemlə əlaqədar dəfələrlə nazirlikdə Arif Əsgərovun qəbulunda olublar: «Lakin Arif Əsgərov açıq şəkildə deyir ki, ona Ziya Məmmədovun zəng etməsi lazımdır. O zəng gəlməyənə qədər vəsaitin köçürülməsi mümkün deyil».

 Trest işçilərinin əlavə etdiyi sənədlərdən aydın olur ki, onlar işlərini həqiqətən yüksək səviyyədə həyata keçiriblər. bunlar da Nəqliyyat Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən akt digər sənədlərlə təsdiq olunub: «Sizə təqdim etdiyimiz layihə-smeta, maliyyə mühasibatlıq sənədlərinə, o cümlədən üzləşmə aktlarına diqqətlə baxın. Görəcəksiniz ki, biz üzərimizə düşünə vəzifələri layiqincə yerinə yetirmişik. Elə isə niyə bizlərin soyuq, şaxta bilmədən işləməyimizə baxmayaraq, pulumuzu ödəməməlidirlər?».

 Sonda isə şikayətçilər dövlət başçısı İlham Əliyevə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya üz tutub kömək istəyiblər: «Xahiş edirik, gec olsa, bizim halal pullarımızın ödənilməsində köməklik göstərəsiniz».

 Nəqliyyat nazirinin 40 milyonluq əmri nədən bəhs edir?

 Yeri gəlmişkən, şikayətçilərin təqdim etdikləri sənədlər arasında Ziya Məmmədovun Arif Əsgərov, Cavid Qurbanov digər rəhbər şəxslərə ünvanlanmış əmr var. Sosial sahələrin əsaslı təmiri üçün maliyyələşmədən bəhs edən həmin əmrlə ayrılmış 40 milyon manatın xərclənməsinə nəzarət tələb olunub. Məsələnin ən ilginc tərəfi isə həmin vəsaitin yol gəlirlərindən ayrılması sonradan təmir-bərpa işləri görən trestlərə ödənilməməsidir. Ümumiyyətlə, bu şikayət məktubu ona əlavə olunan bir qovluq rəsmi sənədlər başda Ziya Məmmədov olmaqla, Arif Əsgərovla Cavid Qurbanovun «dolanbac» yollarla dövlət vəsaitlərini necə mənimsəmələrinə işıq salır(Reytinq).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA