Zaur Kamal: "Verilişim bağlanmayıb, yalan xəbərdir"

img

30-08-2021 [13:09]


Xəbər verdiyimizi kimi aparıcı Zaur Kamalın “Həmin Zaur” verilişinin yayımının dayandırılmasıyla bağlı xəbər yayılıb.

Bildirilir ki, ARB TV-də yayımlanan veriliş yeni mövsümdən efirə getməyəcək və Zaur Kamal indi başqa layihə üzərində işləyir.

Moderator.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün Zaur Kamalla əlaqə saxlayıb. Aparıcı saytımıza açıqlamasında yayılan xəbərlərin yalan olduğunu bildirib: “Yalan xəbərdir. Sadəcə, Türkiyədə “Həmin Zaur”un çəkilişlərində olmuşuq və sağ salamat vətənə qayıtdıq. Bu adamlar soruşmadan niyə belə məlumatlar yazırlar ki?”.


Digər xəbərlər
SON XƏBƏRLƏR