DƏHŞƏT: Bakıda azyaşlı uşaq uçan evin altında qaldı

img

08-02-2014 [12:29]


Bu gün saat 11:12 radələrində Bakının Sabunçu rayonu ərazisində dəhşətli hadisə baş verib. Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən verilən məlumata görə, Ramana-Qala yolunun kənarında fərdi yaşayış evi uçub.

Hadisə nəticəsində azyaşlı uşaq dağıntı altında qalıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, dağıntı altında daha bir nəfər də var. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları cəlb olunub.

 Uşağın dağıntılar altından çıxarılması üçün işlər aparılır. Hələlik azyaşlının sağ olub olmadığı barədə məlumat yoxdur. Hadisə haqqında əlavə məlumat verəcəyik(anspress.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA