Baş prokurordan sərt addım, Zakiq Qaralov 32 prokurora töhmət verdi

img

07-02-2014 [17:43]


Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda kollegiya iclası keçirilib. Prokurorluğun mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə,iclasda giriş nitqi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, ötən il xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirən 15 nəfər, o cümlədən 8 nəfər, ilk dəfə müstəqil vəzifəyə irəli çəkilərək rayon prokuroru vəzifələsinə təyin edilib, 111 prokurorluq işçisi yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkilib, xidmətdə fərqləndiklərinə görə 193 işçi mükafatlandırılıb.

Zakir Qaralov bildirib ki, prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2013-cü ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 49 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 32 nəfərə şiddətli töhmət və töhmət elan olunub, 3 əməkdaş tutduğu vəzifələrdən azad edilib, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 3 əməkdaş prokurorluq orqanlarından xaric olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA