Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində təxribata əl atıb - FOTO
25-08-2021 [19:25]
Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd ediblər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Mia.az-a bildirilib ki, son günlər düşmən Ermənistan tərəfi yerli mediya orqanlarının və ermənilərə himayədarlıq edən xarici kütləvi informasiya vasitələrinin köməyi ilə Naxçıvan Muxtar Respublikasının həmsərhəd olduğu ərazilərin, xüsusilə də Arazdəyən yaşayış məntəqəsinin Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması dezinformasiyalarını yaymaqla məşğuldur.
44 günlük Vətən müharibəsi ilə məğlubedilməzlik mifi darmadağın edilən və bu gün xaosun hökm sürdüyü erməni ordusunda qeyri-döyüş şəraitində baş verən itkilərin, xüsusilə də intihar hallarının ört-basdır edilməsi üçün güya müxtəlif mənbələrdən alınmış yalan məlumatların yayılması ilə ordumuz haqqında mənfi düşüncələrin yaradılmasına çalışılır, Azərbaycan mövqeləri atəşə tutularaq vəziyyət gərginləşdirilir.
Ermənistan - Azərbaycan dövlət sərhəddinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar törədir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır. Düşmənin bu təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.
Ermənistan - Azərbaycan dövlət sərhəddinin Arazdəyən-Sədərək istiqamətində çəkilişlər aparan zaman erməni hərbçilərinin mövqelərimizi atəşə tutması ilə bərabər törətdikləri ekoloji terrorun da şahidi olduq. Revanşizm xülyaları ilə yaşayan düşmən əlindən bir iş gəlmədiyində müxtəlif üsullarla mövqelər arasındakı neytral əraziləri və əkin sahələrimizi yandırmağa cəhd edir. İnsanlığa faydalı bir iş görə bilməyən erməni vandallarının törətdikləri yanğınlar elə öz mövqelərinə od salıb. Şəkillərdən də göründüyü kimi bizim əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüblər. Düşmən komandanlığının öz əsgərinə etmədiyi yaxşılığı və insanpərvərliyi edən Azərbaycan tərəfi hümanist addım ataraq yanğının söndürülməsi üçün şərait yaradıb. Amma bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğınları söndürərkən erməni tərəfdən atəşə tutulmuşdular və nazirliyin bir nəfər yanğınsöndürən zabiti güllə yarası almışdı.
Dezinformasiyalarla öz əhalisini və dünya ictimaiyyətini aldatmağa davam edən düşmən tərəfi güya İrəvan-Arazdəyən-Kərki istiqamətindəki yolun da atəşə tutulduğu yalanını tirajlayır. Arazdəyən istiqamətində çəkilişlər aparan zaman həmin yolun tam işlək vəziyyətdə olduğunu gördük.
Çəkilişlər zamanı qarşı tərəfin mövqeləri arasında mülki geyimdə bir neçə nəfərin gəzişdiyinin şahidi olduq. Əgər atəşkəs bizim tərəfdən pozulursa və ilk atəşi biz açırıqsa o zaman düşmən əsgərləri niyə bu cür rahat hərəkət edirlər? Çünki erməni tərəfi Azərbaycan Ordusunun hərbi qulluqçularının heç vaxt mülki əhaliyə atəş açmadığını yaxşı bilir. Məhz ona görə də erməni komandanlığı öz hərbçilərini qəsdən mülki geyimdə ön xətt boyu təxribatlara cəlb edir.
Çəkiliş müddətində görüb şahidi olduq ki, əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin tam nəzarətindədir və Naxçıvan sərhəddi boyu erməni vandallarının törədə biləcəyi təxribatlarının qarşısı qətiyyətlə alınır və alınacaqdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi