Azərbaycanlı tikinti maqnatının oğlu hava limanında saxlanıldı - Moskvadakı olayın təfərrüatı
25-08-2021 [16:57]
Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı biznesmen və tikinti maqnatı Mehrac Babayevin oğlu Ziya Babayev Moskvanın Vnukovo aeroportunda saxlanılıb.
Virtualaz.org Rusiya mənbələrinə istinadla xəbər verir ki, Ziya Babayev gizli yollarla ölkəyə ümumi dəyəri 36 milyon rubl olan (830 min manata yaxın) qızıl-zinət əşyalarını keçirmək istəyib. O, İstanbul-Moskva reysi ilə qayıdırmış və gömrükçülər tərəfindən yoxlama üçün dayandırılıb.
Yoxlama zamanı oliqarxın oğlundan “Breguet” saatları, “Tiffani” və “Dior” brendlərindən olan zinət əşyaları tapılıb. Bildirilir ki, gömrük rüsumlarını ödəməkdən yayınmaq cəhdinə görə Ziya Babayevi 7 ilə qədər həbs gözləyir. Habelə ona qarşı strateji mühüm materialların qaçaqmalçılığı ittihamı da irəli sürülə bilər, çünki məmulatların bəziləri platin və titandan hazırlanıb. Bu ittiham üzrə də onu 7 ilədək həbs gözləyərdi.
Mehrac Babayev Rusiyanın orta şərqində böyük tikinti biznesinə malikdir və onun “Verso” şirkətlər qrupu çoxsaylı yaşayış komplekslərinin inşasını həyata keçirib. Babayev Azərbaycan prezidentinin keçmiş köməkçisi Əli Həsənovun yaxın dostu hesab edilir və Bakıda “Jurnalistlər binası”nın tikintisini podratçı qismində onun şirkəti həyata keçirib. Hazırda bu binanın tikintisində yol verilmiş milyonlarla manatlıq korrupsiya işi üzrə məhkəmə gedir.
Mehrac Babayevin oğlu isə hələ 2009-cu ildə, İsveçrədə təhsil alarkən törətdiyi səs-küylü qəza ilə məşhurlaşıb və qalmaqala səbəb olub. Həmin il Ziya Babayev və daha iki zəngin dostu idarə etdiyi superbahalı avtomobillərlə Cenevrə küçələrində sürət yarışına çıxıblar. Bu zaman Babayevin idarə etdiyi “Lamborghini” pensiyaçının idarə etdiyi “Volkswagen Golf” avtomobilini vurub və sürücü ağır xəsarət alıb. Bu hadisə o vaxt Avropa, Rusiya və Azərbaycan mətbuatında böyük səs-küyə səbəb olmuşdu.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi