Vüqar Rəhimzadə: "Bu, regionun inkişafı üçün strateji əhəmiyyətə malikdir"
24-08-2021 [19:01]
“10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verildi. Öncə diqqət yetirilən əsas məsələlərdən biri infrastrukturun yenilənməsi və bərpası oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin yanvarında Qarabağın tacı olan Şuşamıza səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulmuşdur. Bu addımı azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihə kimi dəyərləndirən ölkə Prezidenti uçuş-enmə zolağının cari ildə istifadəyə veriləcəyini bildirmişdir. Artıq eniş-uçuş zolağı hazır olan Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu həyata keçirilib.”
Mia.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanı regionda ən qısa zamanda inşa edilən aeroportlardan biridir: «Cari ilin əvvəlində təməli qoyulan hava limanında artıq növbəti ay ilk uçuşların həyata keçirilməsi nəzərdə tutulur. Digər iki hava limanı isə Zəngilanda və Laçında inşa ediləcək. Prezident İlham Əliyev hər iki hava limanının təməlqoyma mərasimində iştirak edib. Atılan bu addımlar artıq Böyük Qayıdışın başlandığının təsdiqidir. Ölkə Prezidenti İlham Əliyev bu əminliyi ifadə edir ki, necə düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Qarabağ Azərbaycandır!”
Baş redaktor bildirib ki, işğaldan azad olunan ərazilərdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan kifayət qədər səmərəli olacaq: “Qeyd etdiyimiz kimi, Füzuli Hava Limanı Qarabağa getmək istəyən yerli və xarici turistlər üçün cəlbedici olacaq. Bu hava limanı Zəfər Yoluna, Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə, Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağı nəzərə alınaraq həm sərnişin, həm də beynəlxalq yük daşımaları baxımından Zəngilanda da hava limanına ehtiyacın olduğu önə çəkildi. İşğaldan azad
edilmiş ərazilərimiz öz potensial imkanları ilə diqqətdədir. İnfrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması, yenidən bərpası bu potensialdan səmərəli istifadəyə geniş imkanlar açacaq. Eyni zamanda, bu fakt da inkaredilməzdir ki, işğaldan azad edilmiş torpaqlarımız yerli və xarici turistlər üçün diqqətçəkəndir. Bu ərazilərimizdə üç Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi qət olunacaq məsafənin azaldılmasına, bununla, həmçinin turist axınının sürətləndirilməsinə də öz böyük təsirini göstərəcək.”
Baş redaktor üçüncü hava limanının Laçında inşa edilməsinin vacibliyini də diqqətə çatdırıb: “Laçının strateji əhəmiyyətini nəzərə aldıqda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanlarının hər birinin bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanında olmaları onların strateji əhəmiyyətini göstərən amillərdəndir. Dövlət başçısı İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilərkən bu məqamı da xüsusi qeyd etmişdir ki, Kəlbəcər və Laçın rayonlarının relyefi elədir ki, burada düzən yer tapmaq mümkün deyil. Seçilən yerdə yenə də böyük torpaq işlərini aparmaqla hava limanının tikintisi mümkündür. Dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir.”
V.Rəhimzadə vurğulayıb ki, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, vətəndaşlarımızın bu regiona qayıtmaları üçün yeni imkanlar yaranır: “Kəlbəcər-Laçın zonasında hava limanının tikintisi çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Dövlət başçısı “Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir” söyləyərək bu işlərin görülməsi üçün texniki, maliyyə imkanlarımızın və güclü iradəmizin mövcudluğunu bir daha diqqətə çatdırır. Bir sözlə, Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava limanlarının inşa edilməsi və istismara verilməsi regionun inkişafı üçün strateji əhəmiyyətə malikdir.»
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi