Körpə qəlbin böyük fəryadı...
24-08-2021 [18:44]
Yazıma bu adı verməyim heç də təsadüfü deyil. Sizə yaşı az olsa da, böyük nailiyyətlər əldə etmiş şair Sevindik Nəsiboğlunun yaradıcılığından bəhs etmək istəyirəm.
Əliyev Sevindik Nəsib oğlu 26 iyul 2008-ci ildə İmişli şəhərində dünyaya göz açmışdır. Hazırda Xırdalan şəhər 9 saylı tam orta məktəbdə təhsil alır.
Sevindik Nəsiboğlu 350-dən çox şeir və 50-dən artıq publisistik məqalələrin müəllifidir. 2015-ci ildən şeirləri “Abşeron təhsili”, “Respublika xəbərləri” və başqa qəzetlərdə dərc olunmuşdur. Milli Kitabxananın, Abşeron Rayon Təhsil Şöbəsinin keçirdiyi tədbirlərdə dəfələrlə çıxış etmiş, çoxsaylı tərifnamə, diplomlarla mükafatlandırılmışdır.
2017-ci ildə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad” fəxri diplomuna, 2019-cu ildə “Asiya-fakt” İnformasiya Agentliyinin “Sizi tanıyaq” layihəsində iştirakına görə uşaqlar arasında “Ən yaxşı yazar”, “İlin şagirdi” diplomuna layiq görülmüşdür. 2019-cu ildən “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiridir. Gənc yazar 2021-ci ildən isə Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilmişdir.
Sevindik Nəsiboğlu 1 yanvar 2021-ci ildən məktəblilər arasında "Şəhadət şərbətini dadan Şəhidlər” adlı layihəyə start vermişdir. Layihə çərçivəsində hər şagird bir şəhidimiz haqqında videoməlumat verməli, həmin şəhidimizin şəklini ekranda yerləşdirməli və yaşıdlarına tanıtmalıdır. Bundan başqa "Evdə qal, vətənpərvərliyini göstər” və "Kitab mənim həyatımdır” adlı layihələrin müəllifi olmuşdur. Ətrafında 40-a yaxın şagirdlərin toplanmasına və birgə maariflənməsinə səbəb olmuşdur.
Gənc şairin 2018-ci ildə “Dünyamsan, Azərbaycan” və “Hərdən uçmaq istəyirəm”, 2020-ci ildə “Ulu Naxçıvanım”, “Könüllərə yol gəzirəm” kitabları nəşr olunmuşdur.
Körpə qəlbli şairin şeirlərinin əsas mövzusunu Vətən, torpaq sevgisi təşkil edir. Könülü candan ayırmaq olmadığı kimi, özünü də Vətəndən ayrı salmaq olmaz. Biz orada dünyaya göz açır, ata ocağına, isti nəfəsinə qızınaraq özümüzə yurd-yuva qururuq. Məskən etdiyimiz yerin hər şeyi şirin-acı xatirələrlə bizi həyata bağlayır. Yaşadığımız yerin havası, suyu, təbii nemətləri ilə bir ömür yaşayır, ömrümüzün hər dəqiqəsində özümüzə məskən etdiyimiz yurdun gözəlliklərindən ilham almağı vacib sayırıq. Gənc şair də bu gözəlliklərdən ilhamlanmış yüksək vətənpərvərlik ruhlu şeirlər ərsəyə gətirmişdir.
“Ey Vətənim, Azərbaycan!” şeirindən bir nümunəyə nəzər yetirək:
Dağlar gözəlin ceyrandı,
Təbiətin bir dastandı.
Oğulların qəhrəmandı,
Ey Vətənim, Azərbaycan!
Bəli, Azərbaycan oğullarının necə bir qəhrəman olduğuna bütün dünya şahid oldu. 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.
Gənc şair də öz şeirlərində daim Vətən uğrunda canından keçən şəhidləri yad edir, unutmağa qoymur:
Əsgər andı içdilər,
Düşmənləri biçdilər.
Şirin candan keçdilər,
Vətən qəhrəmanları!
II Qarabağ müharibəsinin qadın şəhidi Arəstə Baxışovanı məşhur sərkərdə Tomrisə bənzətməklə Azərbaycan qadınının gücünü, vətənpərvərliyini, mərdliyini bir daha göz önünə gətirmişdir:
Yaralı Qarabağdan,
Çəkdin dumanı, sisi.
Yeni zərif qəhrəman,
Əsrimizin Tomrisi.
Sevindik yaradıcılığında Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarına xüsusi diqqət yetirmiş, Nizami, Füzuli, M. Ə. Sabir, M. Müşfiq, C. Cabbarlı, R. Rza, C. Novruz, H. Cavid və bir çox başqa sənətkarlara şeirlər həsr etmişdir:
Sənin çoxlu əsərin var,
“Şeyx Sənan”ın, “İblis”in var.
İblislərə bu dünya dar,
Deyibsən, ey Hüseyn Cavid.
Sevindiyin yaradıcılığı mövzu zənginliyi, rəngarəngliyi ilə hər kəsi cəlb edir. 13 yaşlı şairin şeirlərinin insanların düşüncələrinə təsir etməsi, könüllərə yol tapması onun qələminin qüdrətindən xəbər verir.
Son olaraq fikrimi məsum qəlbli şairin 2017-ci ildə yazdığı, təmiz qəlblə arzuladığı “Təsəvvür edirəm ki” şeiri ilə tamamlamaq istəyirəm.
Bu gün Azərbaycan Ali Baş Komandanının güclü siyasəti, Vətən oğullarının mübarizəsi, şəhidlərimizin canı, qanı hesabına tarixi zəfər yaşadıq, illərdir arzusunda olduğumuz Qarabağımıza qovuşduq. Allah bu müqəddəs yolda canından keçən bütün şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa versin.
Təsəvvür edirəm ki,
Qarabağ azad olub,
Xocavənd, Şuşa, Laçın,
Xankəndi azad olub.
Onda mən şən olardım,
Füzulidə, Ağdamda,
Ağac əkən olardım.
Əziz Sevindik, sənə yaradıcılıq yollarında uğurlar arzulayıram. Həyat eşqin, yazıb-yaratmaq sevdan heç sönməsin, hər an daha da yansın, parlasın. Və bir də sənə öz şeirində dediyin kimi azad olunan Qarabağımızda şeirini səsləndirməni və qəlblərdə tumurcuq cücərtdiyin kimi Vətən torpağında da ağac əkməni diləyirəm.

Gülgün Rzayeva,
AGMA-nın İmişli rayonu üzrə koordinatoru
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi