Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur
24-08-2021 [15:54]
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında mobil operator Azərbaycan Milli komandasının məğrur tərəfdaşıdır
Avqustun 24-də Tokioda XVI Yay Paralimpiya Oyunlarına start verilir. “Azercell Telekom” MMC Milli Paralimpiya Komandasının məğrur tərəfdaşı olmaqla növbəti dəfə ölkəmizdə paralimpiya hərəkatına sədaqətini nümayiş etdirir.
Mia.az-ın məlumatına görə, bu oyunlarda Milli Paralimpiya komandası rekord sayda lisenziya ilə Azərbaycanı təmsil edir. Tokioda yarışacaq Azərbaycan Milli Paralimpiya Komandasına 23 kişi və 12 qadın olmaqla 35 idmançı daxildir. İdmançılarımız altı idman növü: cüdo, atletika, taekvondo, pauerliftinq, üzgüçülük və güllə atıcılığı üzrə 47 kateqoriyada medallar uğrunda mübarizə aparacaqlar. Bu il açılış mərasimində Paralimpiya çempionu Oloxan Musayev komandamızın bayraqdarıdır.
Azercell Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında məğrur tərəfdaş olmaqla, oyunların ruhunu paylaşmağa və paralimpiya hərəkatının təşviqinə kömək edir. Böyük sosial əhəmiyyəti olan və mənəvi dəyərləri əks etdirən Paralimpiya oyunları dünya idman hərəkatında ən önəmli hadisələrdən birinə çevrilməkdədir. Son illər Paralimpiya oyunlarında iştirakçıların sayı və ölkələrin coğrafiyası ildən-ilə artır.
Azərbaycanda da paralimpiya hərəkatına xüsusi diqqət yetirilir. Azercell şirkəti 2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsini dəstəkləyir. Bu dəstək sayəsində hazırda sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetmə 10 idman növü üzrə məşğul olur, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə “Azercell Telekom” MMC-nin iştirakı ilə hər il ölkəmizdə Uşaq Paralimpiya oyunları təşkil edilir.
Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək XVI Yay Paralimpiya Oyunlarında dünyanın 136 ölkəsindən 4400 idmançı iştirak edir. Onlar 22 idman növü üzrə 540 dəst medal uğrunda yarışacaqlar. Azərbaycanlı idmançılar indiyədək Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla ümumilikdə 38 medal əldə ediblər.
Olimpiya dəyərlərinə dəstək olan Azercell şirkəti idmançılarımız üçün sayca 7-ci olan bu oyunlarda komandamıza əzmlə çıxış etməyi, möhtəşəm qələbə ilə Vətənə dönməyi arzulayır.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi