13 il əvvəl Gəncə şəhərində törədilmiş qətlin üstü açılıb - Təfərrüat
24-08-2021 [12:37]
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) 13 il əvvəl Gəncə şəhərində törədilmiş qətlin üstü açılması barədə birgə məlumat yayıb.
Mia.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq olunaraq açılmasını təmin etməklə təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 13 il əvvəl, yəni 2008-ci ildə Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Nəzərli Nadejda Dmitriyevnanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işinin üstünün açılması təmin edilib.
Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, Gəncə şəhər sakinləri, 1986-cı il təvəllüdlü Salayev Seymur Mehman oğlu və dostu Qirin Şəhriyat Usaməddin oğlu Nadejda Nəzərlinin evinə daxil olub külli miqdarda pul və qızıl-zinət əşyalarını talamaqla bağlı razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, 13 may 2008-ci il tarixdə, saat təxminən 21 radələrində sonuncunun yaşadığı evin qarşısına gəlib mərhumu aldadaraq evinə daxil olmuş, qarşılıqlı söhbət edən zamanı planlaşdırdıqları özgənin əmlakını talama cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Şəhriyat Qirin iki əli ilə Nadejda Nəzərlinin ağzından tutub özünə doğru çəkmiş, Seymur Salayev isə üzərində olan bıçaqla onun boğaz nahiyəsinə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb.
Cinayət işi üzrə Seymur Salayev və Şəhriyat Qirin cari il avqustun 23-də Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi