Qafar Çaxmaqlıdan deputata sərt ismarıc: "Özünü yığışdır, sən kimsən ki..."
24-08-2021 [11:53]
Avqustun 20-də dərc edilən “Ermənişünas alim: “Arazdəyən tarixi Azərbaycan torpağıdır”” başlıqlı məqalə deputat Əziz Ələkbərli və alim Qafar Çaxmaqlı arasında mübahisəyə səbəb olub.
Belə ki, saytda məqalənin dərc edilməsindən sonra əslən Qərbi Azərbaycanın Vedi mahalından olan deputat Əziz Ələkbərli Qafar Çaxmaqlının səsləndirdiyi “Arazdəyən və Zəngəzur Qarabağ məliklərinin yerləşdiyi ərazilər olub” fikirlərinə etiraz edib və onu savadsızlıqda ittiham edib.
Əziz Ələkbərlinin fikirləri saytda və digər media orqanlarında yayımlanandan sonra Qafar Çaxmaqlı saytımıza müraciət edərək, tənqidlərə cavabının dərc olunmasını xahiş edib.
Qafar Çaxmaqlının müraciətini olduğu kimi təqdim edirik:
“Saytınız fəaliyyətə başlayandan daim əməkdaşlıq içərisində olmuşuq. Sizin saytda mənim çox sayda köşə yazım, məqalə və açıqlamalarım dərc olunub və bu gün də əməkdaşlığımız davam edir. Həmişə hesab eləmişəm ki, mənim adım gələn yerdə “Modern.az” ən azından sayğı ilə yanaşacaq. Bu gün saytda yer alan bir yazının başlığı məni üzdü: “Əziz Ələkbərli Qafar Çaxmaqlını savadsızlıqda ittiham etdi”.
Bir neçə gün əvvəl saytınızın əməkdaşı Aysel Aslana “vatsapp” üzərindən səsli olaraq verdiyim bir açıqlamada indiki Ermənistandakı Arazdəyən yaşayış yeri ilə bağlı fikirlərim yer alıb. Azərbaycan türklərinin məskun olduğu bu yerlə bağlı ötəri bir fikir bildirmişdim. Həmin açıqlamadan sonra deputat Əziz Ələkbərlinin də eyni məsələyə münasibətini yayınlamısınız… Ola bilər. Sözügedən mövzu indi də mənim üçün o qədər prinsipial məsələ deyil. Müxbir xanım aldığı müsahibədə Arazdəyənin indi ermənicə olan adını -“ Yerasx” kəlməsini yanlış da eşidə bilər. Bir açıqlama yazısında bu ərazinin hansısa məlikliyin ərazisi olduğu detalları ilə açılmaya da bilər. Amma bunların Əziz Ələkbərliyə nə dəxli var? Bu şəxsin etik normaları aşaraq, mənim dediklərimi “təftiş” etməsi, məni savadsızlıqda suçlaması və bu ifadənin başlığa çıxardılması başadüşülən deyil. Bu adam “İrəvan Türk Cümhuriyyəti” elan olunandan bəri onu həzm edə bilmir. Dəfələrlə onunla söhbətlərimiz olsa da, Əziz müəllim qısqanclıq mərəzinə qalib gələ bilmir. Onun nəzərinə bunları çatdırmışıq və guya ki, hər şeyi anlayıb. Lap bu yaxınlarda onunla rastlaşıb söhbət etmişəm, həmin söhbətdə bir mövqe, aradan bir neçə gün keçəndən sonra başqa bir addım atması göstərir ki, bu adamın müstəqil fikri yoxdur, hansısa dairədən gələn tapşırıqları yerinə yetirmək öhdəliyi onu düzəlməyə qoymur. Ona deyən lazımdır ki, sənin bu mənasız cəhdlərin heç nəyi dəyişdirməz. Mən istəmirəm “köhnə palan içi” töküb Qərbi Azərbaycandan olan qaçqınların bu gün düşdükləri durumu (qaçqın statusunun ləğvindən tutmuş arxiv sənədlərinin məhv edilməsinə qədər) dəyərləndirim və ortaya çıxacaq acınacaqlı mənzərədə bu işi 30 ilə yaxın monopoliyaya almış şəxsi və şəxsləri hədəf göstərim. Amma savadı “qıcqırmış” bu şəxsə xəbərdarlıq etmək istəyirəm. Özünü yığışdır Əziz Ələkbərli! Kimə özünü göstərirsən? Sən kimsən ki, mənim yazdıqlarıma “qiymət” verirsən? Sənin özünün savadının nə səviyyədə olduğunu bütün ictimaiyyət bilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi