Nazir generalın oğlunu cəzalandırdı - 60 minlik nömrə qalmaqalı

img

07-02-2014 [13:00]



Daxili İşlər nazirinin sabiq müavini, hazırda həbsdə olan general-mayor Zakir Nəsirovun oğlu Seymur Nəsirov barədə ilginc məlumatlar yayılıb. 

AzNews.az-a daxil olan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat şöbəsinin inspektoru vəzifəsində çalışan Seymur Nəsirov ciddi problemlə üzləşib. Buna səbəb onun bir müddət əvvəl 60 min manata avtomobil nömrəsi satması faktının üzə çıxması olub. 

Məlum olub ki, o, həmin nömrəni (Nömrə bizə məlum olsa da, onu yaymağı məqsədə müvafiq hesab etmirik) belə fantastik qiymətə satması barədə rəhbərliyə xəbər verməyib.

Məsələnin üstü açılandan sonra isə o, işə buraxılmayıb və vəzifəsindən çıxarıldığı bildirilib.

Lakin Daxili İşlər naziri Ramil Usubovun göstərişi ilə o, yenidən vəzifəsini icra etməyə başlayıb. Xəbərdə qeyd edilir ki, Nəsirov vəzifəsinə qayıtsa da, ona əvvəlki kimi etimad göstərilmir.

Qeyd edək ki, şöbədə ən bahalı avtomobil nömrə nişanlarının satılmasının məhz S. Nəsirova həvalə olunması barədə məlumatlar var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA