Sabiq aparat rəhbəri məhkəmədə: "Hacıbala Abutalıbov Ramiz Mehdiyevdən üzr istədi"
23-08-2021 [16:08]
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Mia.az Report-a istinadla xəbər veirr ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutub.
Məhkəmədə prokuror ittiham aktını elan edib. Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
Hakim diqqətə çatdırıb ki, təqsirləndirilən şəxsi 308.2-ci maddənin ittihamına əsasən, 3 ildən 7 ilədək, 314-2.3-cü maddənin ittihamına əsasən, 5 ildən 8 ilədək həbs cəzası gözləyir.
Daha sonra Rasim Quliyev ifadə verib. O, özünü təqsirli hesab etməyib:
"2001-ci ildən 2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləmişəm. 2010-2018-ci illərdə isə həmin qurumun Aparat rəhbəri vəzifəsini icra etmişəm. Xidmətlərimə görə təltif olunmuşam. 2018-ci ildə öz ərizəm ilə tutduğum vəzifədən azad olunmuşam.
Barəmdə irəli sürülən ittihamlarda özümü birmənalı təqsirli bilmirəm. Cinayət işi üzrə toplanmış sübutları kifayət hesab etmirəm.
Cinayət işi üzrə barəmdə verilən ittihamları haqlı çıxardacaq səviyyədə dəlillər mövcud deyil.
Qeyd edim ki, 20 sentyabr 2017-ci ildə BŞİH rəhbərinin sərəncamı ilə başçının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası mənə həvalə edildi.
Nəticə etibarilə müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi mənə həvalə olundu.
2017-ci ilin sentyabr ayında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun vəfat etməsi ilə əlaqədar olaraq səlahiyyətlərinin icrası müvəqqəti olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə aparat rəhbəri kimi mənə həvalə edilmişdi.
21 aprel 2018-ci ildə Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təsdiq edilməsindən sonra mən, Bakı şəhər icra hakimiyyəti Başçısının 20.09.2017-ci il tarixli sərəncamı əsasında müavin vəzifəsini müvəqqəti icra edən şəxs kimi zəruri sənədlərə qol çəkmiş və Bakı şəhər İcra Hakimiyyətinin fəaliyyətinə rəhbərlik etmişəm.
2018-ci ilin iyun-iyul ayında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinin icrasının Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırılması barədə razılığın olub-olmaması barədə Baş nazirin sabiq müavini Hacıbala Abutalıbov qarşısında məsələ qaldırmışdım, sonuncu tərəfindən imzalanmış məktubda həmin məsələnin, yəni mənim BŞİHB-nın müavinin vəzifələrini icra etməsinin Prezident Administrasiyasının rəhbərliyi ilə “şifahi” razılaşdırılması öz əksini tapıb.
Ramiz Mehdiyevə Hacıbala Abutalıbov tərəfindən ünvanlanmış 25.06.2018-ci il tarixli məktubda Bakı ŞİH başçısının müavini səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunakən Prezidenti Administrasiyası rəhbərliyindən müvafiq qaydada razılıq alınmadığına görə təəssüf hissi keçirməklə üzrxahlığını bildirib və müvafiq razılığın verilməsi xahiş olunub. Lakin bundan sonra administrasiya tərəfindən yenə də müvafiq yazılı razılıq verilməyib.
Lakin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubda R.Mehdiyev bildirib ki, BŞİH başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində BŞİH başçısının sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericililyin kobud pozuntusu kimi qiymətləndirilir və yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərinin Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirdiyinin təsbit edildiyi nəzərə çatdırılır.
Bu səlahiyyətlər məsələsi məndə təbii ki, şübhəli olaraq qaldığı üçün mən hörmətli H.Abutalıbova sorğu ilə müraciət etmişdim və gələn cavab məni qane etməmişdi.
Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasından məlumatsız olmuşam, faktiki olaraq o ərazinin harada olmasını həmin vaxt təxmin etməmişəm, sənəd mənə imzalamaq üçün təqdim edilibsə, lazımi hüquqi prosedurların icra edildiyini güman etmişdim.
“FF-2011” MTK tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmadan, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililərin sökülməsinə başlanılmaqla, habelə həmin layihəyə baxılaraq müsbət rəy baş memar Akif Abdullayev tərəfindən imzalanmış torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu verilib. Həmçinin Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin Tikinti işlərinə başlanılması üçün əsas olan Xüsusi nişan Bakı şəhər Tikinti Müfəttişliyinin rəisi Nadir Adıgözəlov tərəfindən verilib.
İstintaq dövründə MTK rəhbəri Tamella xanımı dindirməyiblər və mənimlə üzləşdirməyiblər".
Hakim Rasim Quliyevin ifadəsinin qalan hissəsini növbəti prosesdə dinləməyi məqsədəuyğun sayıb.
Növbəti proses avqustun 30-a təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi