Vurğun Əyyubdan Tofiq Yaqubluya orijinal təbrik

img

06-02-2014 [22:50]


Əzizim, Tofiq Yaqublu. Doğum günün mübarək! Səni təbrik üçün çox sözlər yaza bilərdim. Ancaq təbrikimi rus şairi Vladimir Solouxindən etdiyim bir tərcümə ilə çatdırmaq istəyirəm. 

Bu şeiri oxuyarkən azadlıq və demokratiya uğrunda mübarizədə azlıqda qalsalar da, hǝyatlarını tǝhlükǝyǝ atıb, qürurunu sındırmayıb mübarizəyə davam edǝn dostlarım gözümün önündǝ dayandılar… Vǝ bu şeri tǝrcümǝ etmǝk istǝdim. Peşǝkar tǝrcümǝçi olmadığımdan qüsurların olacağını da bəri başdan qəbul edirəm.

Biz qurduq! 
İtlǝrǝ baxanda azdır sayımız. 
Tükənməkdədir ildən ilə 
qoşalülǝ səsindən soyumuz. 
Qurşuna düzülmüş məhkumlar kimi 
Sǝrildik toprağa biz zarımadan. 
Yasaqlar altında yaşasaq belə 
Ayaqda qalmağı bacardıq hər an. 

Biz qurduq! 
Bizi barmaqla da saya bilǝrsiz. 
İtlərlə olsa da eyni cinsimiz, 
Fǝqǝt barışmağı bacarmadıq biz. 
Sizlərǝ isti yal, 
Bizǝ qismǝt oldu 
sazaqlı çöllǝrdǝ aclıq, 
vǝhşi heyvan cığırları, 
ulduzlu gecələrdə 
lal qar yığınları. 
Yanvarın yalquzaq şaxtalarında 
Sizǝ yer verirlǝr daxmalarında. 
Bizimsə baglanıb tamam yolumuz, 
Artıq yetişməkdə məşum sonumuz. 
 Sizlər deşiklǝrdǝn seyr edǝrsiniz 
Azad yürüyǝrkǝn meşǝlǝrdǝ biz. 
Sizlər də bir zaman qurd tək idiniz, 
Ancaq ǝslinizǝ arxa çevirdiniz. 
Sizlər də dǝ ǝzǝldǝn 
qurd yarandınız. 
Elǝ ki, yem verdilər, 
ev keşikçisinǝcǝn xırdalandınız. 
Bir qab yala uydunuz, 
quyruq buladınız, 
şıvranmaqdan sevinc duydunuz. 
Boğazınızda zǝncir vǝ xalta... 
Layiqsiniz bu mükafata! 
Ova çıxanda biz 
it damında siz 
 tir-tir ǝsǝrsiz. 

Biz qurduq! 
Dünyada hamıdan çox
 İtlǝri görmǝyǝ gözümüz yox!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA