Bakıda 10 mindən çox evi sökməyə başlayırlar - Rəsmi açıqlama

img

06-02-2014 [12:06]



Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda söküləcək evlərin sayını açıqlayıb.

Mia.az Movqe.az-a istinadən xəbər verir ki, bunu  BŞİH aparatının rəis müavini Zülfəli İsmayılov deyib. O bildirib ki, artıq müəyyənləşdirmə işlərinin bir qismi başa çatıb: "Müfəssəl planda öz əksini tapan ərazilərdə söküntünün aparılması üçün Maliyyə Nazirliyi, Yol Servis İdarəsi və Yasamal Rayon İcra Hakimiyyəti birgə iş aparır. Ərazilər ölçülür. Bu plana əsasən söküntüyə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yuxarı hissəsindən start veriləcək. AZdrama-nın aşağı hissəsində məlum olduğu kimi söküntü işləri aparıldı və yeni park salındı. Artıq söküntü işlərinin aparılması üçün maliyyə ayrılıb. Bəzi ərazilərdə söküntüyə başlanılıb. Vətəndaşlara kompensasiya verilir. Məlumata görə, Yasamal rayonu ərazisində 10 mindən çox evin söküntüsü nəzərdə tutulur".

Yasamal Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, söküntü işlərinin aparılması ilə bağlı İH-də işçi qrup yaradılıb. Başçının birinci müavini Səməd İslamov İşçi qrupunun rəhbəri təyin edilib. 

Qeyd edək ki, müfəssəl planda söküntünün Azdramanın yuxarısndan başlanılaraq H.Cavid bağınadək uzanacağı göstərilib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA