Şirvan Şəhər İcra Hakimiyyəti yanında Operativ Qərərgahın növbəti iclası keçirilib - FOTOLAR
17-08-2021 [18:57]
Şirvan Şəhər İcra Hakimiyyəti yanında Operativ Qərərgahın növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, xüsusi karantin rejiminin qaydaları gözlənilməklə keçirilən iclasda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, polis şöbəsinin rəisi Hikmət Quliyev, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Mərkəzi Şəhər Xəstəxanası Publik hüquqi şəxsin direktoru İlham Mustafayev, İcra Hakimiyyətinin başçısının müavinləri və aidiyyəti xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər barədə məlumat verdi. Respublikamızda yeni xəstəxanaların inşa edildiyini, müasir laboratoriyaların, təcili yardım maşınlarının alındığını, səhiyyənin maddi-texniki bazasının dərman pereparatları ilə təminatının yaxşılaşdırıldığını, kadr potensialının xaricdən dəvət edilən tibb mütəxəsisləri ilə gücləndirildiyini qeyd edib.
Əhalinin sağlamlığının qorunması məqsədi ilə şəhər ərazisində də koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərdən danışdı. Hər biri dörd nəfərdən ibarət olmaqla 36 mobil təbliğat qrupunun əhali arasında koronavirus infeksiyası əleyhinə maarifləndirmə işlərini apardığını, Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Bələdiyyəsinin və Gigiyena Epidemiologiya Mərkəzinin xüsusi hazırlıq keçmiş dezinfektorları tərəfindən ictimai yaşayış binalarının ətrafında, giriş bloklarının pilləkənlərində, əhalinin daha çox istifadə etdiyi nümunəvi məhəllələrdə, park və xiyabanlarda, sərnişin xidməti göstərən nəqliyyat vasitələrində, bankomatlarda vaxtaşırı dezinfeksiya işlərinin aparıldığını bildirib.
Koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə şəhər əhalisi arasında vaksinləşmə prosesinin əhəmiyyətindən və bu sahədə görülən işlərdən bəhs etdi. Görülən işlərin təhlilini apardı. İcra Hakimiyyətinin işçilərinin sakinlərin vaksinləşmə prosesinə cəlb edildiyini, şəhərin küçə və prospektlərində səsgücləndiricilər vasitəsi ilə post-patrul xidmətinin əməkdaşları tərəfindən maarifləndirmə işlərinin yaxşı təşkil edildiyini qeyd etdi. İdarə, müəssisə və təşkilatlarda peyvənd olunmayan işçilərin və onların ailə üzvlərinin, dövlətdən pensiya, müavinət və sosial yardım alan şəxslərin vaksinasiyaya cəlb edilməsi barədə tapşırıqlar verdi. 16 avqust 2021-ci il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılmasının yanlız peyvənd olunmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (COVİD-19 pasportunu) təqdim etdikləri halda həyata keçiriləcəkdir.
Sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı, Operativ Qərargahın sədri İlqar Abbasov Məhərrəmlik ayında da şəhər ərazisində fəaliyyət göstərən dini ibadət yerlərində, məscidlərdə dini mərasimlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli qərarına uyğun olaraq davam etdirilməsinin əhəmiyyətindən danışdı. Bu barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi. Tədbirdə çıxış edən aidiyyəti qurumların rəhbərləri Operativ Qərargahın fəaliyyəti, rəhbərlik etdikləri kollektivdə əhalinin peyvəndlənmə prosesinə cəlb olunması sahəsində gördükləri işlər barədə ətraflı məlumat veriblər.
İclasa yekun vuran Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov koronavirus pandemiyasının tezliklə başa çatması üçün şəhər ərazisində peyvəndlənmə prosesinin sürətləndirilməsi və Məhərrəmlik ayı ilə əlaqədər dini ibadət yerlərində Nazirlər Kabinitinin qəbul etdiyi qərarlara ciddi əməl olunması barədə müvafiq qurumların rəhbərlərinə xüsusi tapşırıqlar verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi