Ziya Məmmədov qardaşı haqda suala necə cavab verdi? - jurnalistlə nazirin maraqlı dialoqu

img

06-02-2014 [11:30]


Nəqliyyat naziri Ziya Məmmədov qardaşını işdən çıxarması xəbərinin kütləviləşməsinə bərk əsəbləşib.

Mia.az "Unikal"a istinadən xəbər verir ki, nazirdən qardaşını işdən çıxarmasının səbəbini öyrənmək istəyinə olduqca sərt cavab verib. 

Mia.az həmin danışığı təqdim edir:

- Alo, salam, Ziya müəllim...

- Salam. Kimdir danışan?

- Ziya müəllim, sizi "Unikal" qəzetindən narahat edirik, bir mövzuyla bağlı...

- Eşidirəm

- Bu gün qardaşınız Nəriman Məmmədovun işdən azad olunması xəbəri yayılıb, bununla bağlı fikirlərinizi öyrənmək istərdik...

- Əvvəla, qardaşımı işdən azad eləməmişəm, onun vəzifəsini dəyişmişəm, bunların sizə dəxli var?

- Deyilənə görə, o, DDY-da işlədiyi dövrdədə işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdı, bugündə...

- Kişini işdən də çıxardarlar, yeni işə də qoyarlar, kişinin işdə nöqsanları da olar... Bunun sizə nə dəxli... Mənim bu nömrəmə niyə zəng eləmisiniz?

- Ziya müəllim, sizlə başqa heç cür əlaqə saxlamaq olmur axı. 

- Daha bu nömrəyə zəng eləməyin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA