Nazirin ən yaxın adamının bahalı maşın kolleksiyası və yaxud şöbə müdirinin sürətlə varlanmasının sirri

img

06-02-2014 [10:52]


Prezident İlham Əliyev 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində "Mərkəzi və yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işi açılmalıdır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək”, - deyə, məmurlara xəbərdarlıq etsə də, bəzilərinin buna əhəmiyyət vermədiyi üzə çıxıb.

Belələrindən biri də Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsinin rəisi Pərviz Həsən oğlu Məmmədovdur.

Mia.az Qafqaznews.az-a istinadən xəbər verir ki, Pərviz Məmmədov Bakı şəhərində yeni tikilən binaların, obyektlərin texniki şərtlərinin yerinə yetirilməsinə görə, istismara buraxılması üçün, aktı verməyə görə hər kvadrat metrə üçün "haqq-hesab” tələb edir. Məsələn,Tbilsi prospektində "Qafaz hotel”, Badamdar qəsəbəsində "Kempinski hotel”, Bilgə qəsəbəsindəki "Cumeyra hotel” və s. kimi obyektlər hələ də bu günə kimi sənədlərini qaydaya sala bilmirlər. 

Ölkə prezidentinin nəzarətində olan "Nizami” kinoteatrı kimi mühüm mədəniyyət obyekti bu günə kimi Pərviz Məmmədovdan sənəd ala bilmir. Səbəb ölkə başçısının dediyi "bəla”dır. Məhz bu "bəla”nın hesabına Pərviz Məmmədov Xətai rayonu M.Hadi küçəsində Xətai DYP-in binası ilə üzbəüz yerləşən yeni göydələn binanın 3-cü blokunda hər ailə üzvü üçün sahəsi 200 kv.m olmaqla 600 kv.m sahəsi olan mənzil alıb.

Sual oluna bilər ki, ayda 500-600 manat maaş alan Pərviz Məmmədov Qəbələ rayonunda özünə məxsus dəyəri milyonlar olan möhtəşəm villanı hansı pulla tikdirib? Həm də tək özü üçün yox, hər bir övladı ( 2 oğlu, 1 qızı ) üçün ayrıca villa inşa etdirib. Hətta dövlətdən ayda 500-600 manat maaş alan Pərviz Məmmədovun ailəsinə məxsus avtomobil parkı var: Ata HONDA AA-905 xidməti maşında, oğul BMV X5-905, digər oğul isə BMV X6-905-də gəzir.

Ən dəhşətlisi odur ki, Pərviz Məmmədov Sənaye və Energetika Nazirliyində korrupsiyaya qarşı mübarizə komissiyasınıln üzvüdür. Hətta Pərviz Məmmədov "Əməkdar mühəndisdir”.

Qarşı tərəfin mövqeyini işıqlandırmğa hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA