"Bayden postsovet məkanından da qaçmağa hazır görünür" - Politoloq
16-08-2021 [15:00]
"Düzdür, Əfqanıstandan çıxmaq Trampın qərarı idi, amma Bayden bu prosesi üzünə-gözünə bulaşdırdı, adi bir təxliyyə əməliyyatını da normal təşkil edə bilmədi".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.
O bildirib ki, Konqresin qəti mövqeyi olmasa, Bayden postsovet məkanından da qaçmağa, Ukraynanı ayıya yem etməyə hazır görünür, lakin Konqresdə respublikaçılarla yanaşı, demokratlardan da sərt tepki gördüyü üçün Ukraynaya dəstək siyasəti hələ ki davam edir:

ŞAHİN CƏFƏRLİ
"Zelenskinin avqustun 30-da ABŞ-a səfəri bu baxımdan böyük önəm daşıyır. Əslində, bu səfər iyul ayına nəzərdə tutulmuşdu, lakin administrasiya sonradan Konqresin tətildə olacağı bir tarix müəyyənləşdirdi. Buna etiraz edən bir sıra Konqres üzvləri istirahətlərini yarıda kəsib, Zelenski ilə görüşmək üçün Vaşinqtona qayıtmağa hazır olduqlarını bildiriblər".
Politoloqun sözlərinə görə, başqa bir önəmli hadisə isə Angela Merkelin avqustun 22-də Ukraynaya nəzərdə tutulan səfəridir: "Əslində, bu səviyyəli qonağın öz arzusu ilə harasa səfər etməsi həmin ölkədə məmnunluq, sevinc yaratmalıdır, lakin Ukraynada narahatlıq var. Merkel avqustun 20-də Putinlə vida görüşü keçirmək üçün Moskvaya gedir və oradan Kiyevə uçacaq. Ukraynalılar qorxur ki, Merkel Zelenskini bədnam "Ştaynmayer formulu" əsasında təslimçi sülhə məcbur edə bilər. Bu formul Minsk razılaşmalarının Rusiyanın istədiyi ardıcıllıqla (əvvəl siyasi, sonra təhlükəsizlik) həyata keçirilməsini nəzərdə tutur. Bu baxımdan ABŞ-ın mövqeyi kritik önəm daşıyır, əgər Bayden də Zelenskiyə "gedin, Minsk razılaşmalarını icra edin" desə, onda keçmiş olsun..."
Şahin Cəfərli bildirir ki, Bayden öz uğursuz xarici siyasəti ilə demokrat prezidentlərdən Cimmi Karteri xatırladır: "Ceyms Byükenenə çevrilməyə isə yəqin vaxtı çatmayacaq...".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi