Müğənni Aynur Dadaşova: "Utanmıram, çörək qazanmaq ayıb deyil"

img

13-08-2021 [17:31]


Müğənni Aynur Dadaşova "Salami Şou" proqramının qonağı olub. 

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, ifaçı dünyasını dəyişən bacısına görə ötən il bağ evini satdığını açıqlayıb:

"Hər kəsə maraqlı olar ki, indiki zamanda, toyların olmadığı bir vaxtda müğənnilər nə edir. Bir bağım vardı, həyət evim. Bacım xəstə, evdə heç kim işləmir, bir xanım kimi bütün yük mənim üzərimdə idi. Utanmıram, çörək qazanmaq ayıb deyil. Keçən il yayda o bağımı satdım. Bu günə şükür, yenə də rəhmətlik bacımın ürəyi istədiklərini almağa imkanım oldu. Mən ona yox demədim. Bilirdim ki, həkimlərin mənə dediyinə görə, bacımın ömrü azdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR