İqtisad Universitetinin adı saxta diplomda hallandı

img

05-02-2014 [19:23]


Gəncə Dövlət Universitetindən Rüfət Şərifovun adına verilmiş diplomun saxta olması barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Baş Pokurorluğun mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, araşdırma zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Rüfət Şərifovun birinci ali təhsili haqqında 2009-cu ildə Gəncə Dövlət Universitetini bitirməsinə dair diplomunun dövlət nümunəli olmadığı, o cümlədən Bakı şəhər sakini Nərgiz Məmmədovanın 2007-ci ildə R.Şərifovun Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirilməsi adı altında sonuncunun anasından 23.0 min manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA