Ziya Məmmədov qardaşını işdən çıxarıb

img

05-02-2014 [14:35]


Nəqliyyat naziri Ziya Məmmədov qardaşını işdən çıxarıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəlnazir qardaşı ilə bağlı əmr verib. Əmrdə bildirilir ki, Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən "MMC 85”adlı qurumun rəhbəri Nəriman Məmmədov vəzifəsindən azad olunsun.

Xatırladaq ki, bir neçə müddət əvvəl Nəqliyyat naziri Ziya Məmmədov başçılığə ilə "Avtomobil yollarında mövcud vəziyyət və qarşıda duran vəzifələr” adlı kollegiya iclası keçirilib. Həmin iclasda nazir vurğulayıb ki, ağır yüklü nəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasının qarşısının alınması üçün lazimi tədbirlər görülməyib və bu məsələ tezliklə həll edilməlidir.

Qeyd edək ki, problem barədə millət vəkili Çingiz Qənizadə dəfələrlə mətbuatda çıxış edib. Onun təklifləri də naziriliyin kollegiya iclasında müzakirə olunmuşdu. Görünür, mövcud problemlər həll edilmədiyinə görə Nəqliyyat naziri Ziya Məmmədov qardaşını vəzifədən azad edib. Hər halda bu problemin həll olunmasına daha səlahiyyətli orqanlar da cəlb olunub. Belə ki, yolların çəkilişinə hər il milyonlarla vəsait ayrılsa da , bir neçə müddətdən sonra çəkilmiş yollar yararsız vəziyyətə düşür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA