ƏFQANISTANIN TALEYİNDƏ PUA-lar ƏSAS ROL ALACAQ? - "Çin Əfqanıstan səmasında dronlardan istifadə edəcək”
13-08-2021 [12:58]
"Azərbaycan Ermənistanla müharibədə Türkiyə və İsrail istehsalı olan pilotsuz uçuş aparatlarından geniş şəkildə istifadə etdi. Azərbaycan pilotsuz uçuş aparatlarının hesabına havada Ermənistan üzərində tam nəzarəti əldə etdi. Rusiyanın keyfiyyətli pilotsuz uçuş aparatları olmadığına görə Ermənistana nəsə verə bilmədi. Qarabağ uğrunda müharibə Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarını məşhurlaşdırdı. İsrail də bu silahların istehsalına xüsusi diqqət ayırır. Ancaq müasir pilotsuz uçuş aparatlarının istehsalında böyük ölkələrin də payı var”.
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Amerika pilotsuz uçuş aparatlarının istehsalında Çinlə rəqabət aparır:

“Bu barədə ABŞ-ın “Popular Mechanics” dərgisi yazıb. Amerika Çindən geri qalmaq istəmir və bu məqsədlə hazırda 3 tip pilotsuz uçuş aparatının istehsalı üzərində sınaqlar keçirilir. Dərgidəki yazıda vurğulanıb ki, daha modern pilotsuz uçuş aparatları istehsal edən ölkə müdafiə və hücum sistemində üstünlük qazanacaq. Həqiqətən, Qarabağ uğrundakı müharibə də göstərdi ki, bahalı tanklar və raketlər kiçik həcmli pilotsuz uçuş aparatlarının hücumları qarşısında acizdir.
Çin yeni pilotsuz uçuş aparatlarının sınaqdan keçirilməsini və istehsalını artırıb. Hərbi mütəxəssislər Çinin bu sahədə əsas rəqiblərini qabaqlamağa çalışdığını vurğulayırlar. Bu ölkədə pilotsuz uçuş aparatlarının yüzlərlə modeli mövcuddur. Çin istehsalı olan pilotsuz uçuş aparatları həm kəşfiyyat, həm də hücum xarakterlidir. Maraqlıdır ki, Çin Türkiyə və İsraildən fərqli olaraq, başqa ölkələrə pilotsuz uçuş aparatlarının satışı ilə geniş şəkildə məşğul olmur”.
Elxan Şahinoğlu diqqətə çatdırıb ki, Çinin müdafiə sənayesi istehsal etdiyi pilotsuz uçuş aparatlarını öz ordusuna, hərbi hava və dəniz qüvvələrinə təhvil verir: “Çin müdafiə sənayesi pilotsuz uçuş aparatlarını orduya təhvil verdikdən sonra yenilərinin icadı üzərində çalışmalara başlayır.
Amerika kəşfiyyatının məlumatına görə, Çinin nəzarətində olan pilotsuz uçuş aparatlarının 70 faizi yaxın məsafədə döyüşlər aparmaq üçündür. Çin kəşfiyyat xarakterli dronlara da önəm verir. Amerikalı hərbi mütəxəssislər hesab edirlər ki, Çin yaxın gələcəkdə kəşfiyyat xarakterli dronlardan Əfqanıstan səmasında istifadə edəcək”.
Ekspert Çinin pilotsuz uçuş aparatlarından ilk növbədə harada istifadə etmək istəməsindən də söz açıb:
“ABŞ qoşunları Əfqanıstanı tərk edirlər və bu ölkə uğrunda mübarizə yenidən qızışıb. “Taliban” qruplaşması ard-arda şəhərləri ələ keçirir. Əfqanıstanda əsas oyunçulardan biri Çin olacaq. Çinin Əfqanıstanla sərhəddi uzun olmasa da, Pekin bu ölkədə siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışır. Pekin məhz bu məqsədlə “Taliban” hərəkatının rəhbərliyi ilə intensiv danışırlar aparır. “Taliban” hərəkatının pilotsuz uçuş aparatları yoxdur. Ona görə də əgər Çin istehsalı olan kəşfiyyat dronları Əfqanıstan səmasında uçmağa başlayarsa, bu, “Taliban”ın işinə yarayacaq. Çünki “Taliban” öz rəqibləri haqqında Çin dronları vasitəsilə kəşfiyyat məlumatları toplaya biləcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi