Elçin Şıxlı: "Putin öz imzasına da qiymət vermək niyyətində deyil" - "Rusiya indi ermənilərin adı ilə torpaqlarımızda möhkəmlənməyə çalışır"
13-08-2021 [12:40]
“Azərbaycan özünü çox dözümlü və nəzakətli aparır. Bir çox şeylərə rəsmi şəkildə münasibət bildirmir, amma böyük ehtimalla pərdə arxasında öz işlərini görür. Nəzərə almaq lazımdır ki, son iki həftə ərzində faktiki olaraq Rusiyaya iki dəfə nota verilib. Biri Jirinovskinin sərsəmləmələrinə görə, digəri rus sülhməramlılarının Xankəndi ərazisinə ermənilərin silahlı dəstələrinin daşınmasına imkan yaratması, orada yeni postların qurulmasına göz yumması ilə bağlıdır”.
Mia.az xəbər verir ki, bu sözləri Reyting.az-a “Ayna-Zerkola” qəzetinin təsisçisi, siyasi şərhçi Elçin Şıxlı deyib.
Onun fikrincə, Azərbaycanın atdığı addımları başa düşmək lazımdır.
Elçin Şıxlı diqqəti keçmiş səfir İsfəndiyar Vahabzadənin guya rus xalqını təhqir etməsi haqda fikirlərinə də çəkməyi vacib sayıb: “Mən, İsfəndiyar bəyin çıxışının məğzini bir kənara qoyuram. Qəribədir ki, Azərbaycan faktiki olaraq iki nota verdi, amma Rusiyadan buna heç bir reaksiya olmadı. Ancaq İsfəndiyar Vahabzadə elə Jirinovski üslubunda onlara atmaca atan kimi Rusiya “qarışdı”. Solovyovdan tutmuş vitse-spiker Tolostoya qədər hamısı Azərbaycana xox gəlirlər. Rusiyanın müvafiq qurumları İsfəndiyar Vahabzadənin bu ölkəyə daxil olmasına 50 illik qadağa tətbiq edir. Guya İsfəndiyar Vahabzadənin 20 yaşı var və 50 ildən sonra Rusiyaya gedəcək... Guya Rusiyaya getmək üçün ürəyi atır”.
Siyasi şərhçinin fikrincə, vəziyyət getdikcə gərginləşir: “Deyəsən, Rusiya prezidenti Vladimir Putin öz imzasına da qiymət vermək niyyətində deyil. Bu mənada ki, ötən ilin noyabrında üçtərəfli bəyannaməyə imza atanlar ortadadır. Üstəlik, Qarabağda sülhün və əminamanlığın yaranmasına yeganə zəmanət verən xarici ölkə Rusiyadır. Rusiya olmasaydı, biz erməniləri öz ərazilərimizdən silib atmışdıq. Rus gəlib ermənini xilas etdi, indi ermənilərin adı ilə bizim torpaqlarımızda möhkəmlənməyə çalışır. Buna görə də yalan və təxribatçı məlumatların şahidi oluruq. Rusiya “dovşana qaç, tazıya tut” deməyə çalışır. Erməniləri bizim mövqelərimizə güllə atmağa təhrik edir. Çalışırlar ki, biz kəskin reaksiya verək və bizi günahlandırsınlar. Hesab edirəm ki, bütün bunları nəzərə almağımız lazımdır. Ancaq Azərbaycan güclüdür, burada müharibədən sonra həmrəylik mövcuddur və kimsə bizim maraqlarımızı heçə saya bilməz”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi