İcra başçısı özünə helikopter alır

img

05-02-2014 [12:38]


Lerikin icra başçısı Rövşən Bağırovun özünə helikopter almaq istədiynə dair məlumatlar var. İcra başçısı bu istəyi ilə bağlı yuxarı dairələrə məlumat da verib.

Qeyd olunur ki, Bağırov fikirlərini belə əsaslandırıb ki, Lerik rayonu dağlıq ərazi olduğundan iqlimi də sərtdir və o səbəbdən də qışda Bakıda keçirilən müşavirə və tədbirlərə vaxtında çatmaq olmur. Həm də bu helikopterin təkcə onu deyil, ağır xəstələri uzaq xəstəxanalara çatdırmaq üçün də istifadə edilə biləcəyini vurğulayıb. Lakin rəsmi dairələr bu məsələdə hələ bir şey deyə bilməyəcəklərini ona çatdırıblar.

Məlumatda o da deyilir ki, uzunmüddətdir Lerikə rəhbərlik edən Rövşən Bağırovun helikopter almaq istəyi yeni ortalığa çıxıb. Gözdən uzaq, könüldən iraq bir yerə rəhbərlik etdiyindən asanlıqla varlanmağı bacaran icra başçısının niyyəti heç də xəstələri Bakıya daşımaq da deyil. Sadəcə, bununla qazandığı pulların bir qismini reallaşdırmağa çalışır.

Qeyd edək ki, helikopterlərin qiymətləri ən minimum (2 nəfərlik) 1 milyon manatdan başlayır. Sərnişinlər üçün nəzərdə tutulmuş bu hava nəqliyyat növlərinin 5 milyon dollara qədər qiymətlərə malik olduğu da vurğulanır.
jam.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA