Deputat: "Rusiya ilə münasibətlərə və sülhməramlıların statusu məsələsinə yenidən baxılmalıdır"
11-08-2021 [17:33]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin ən aktual mövzusu əttarında Moderator.az-ın sualını cavablandırıb:
Mia.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, ölkəmizin siyasi həyatında Rusiya ilə etimadlı münasibətlərin yaradılması və inkişaf etdirilməsinin tərəfdarı olan şəxs kimi çıxış edirsiniz. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son bəyanatında Rusiyadan tələb olunur ki, erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının rus sülhməramlılarının nəzarətində olan ərazisində yerləşdirilməsinə son qoyulsun. Məsələyə münasibətinizi bilmək istərdik.
- Rusiyadan fərqli olaraq, kiçik istisnalarla, Azərbaycanda hər kəs Rusiya ilə dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir.Təəssüf ki, Rusiya siyasi elitasındakı bir çoxları keçmiş sovet respublikalarının ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyin Rusiyanın maraqları baxımından nə qədər faydalı olduğunu anlamır. Onlar Azərbaycanı bərabər hüquqlu dost, qonşu ölkə kimi yox, özlərinin forpostu kimi görmək istəyirlər. Bununla da ciddi səhvə yol verirlər. Keçmişin nostalgiyası ilə yaşayıb, zamanla ayaqlaşa bilməyənlərin gələcəkdə yeri olmur. Zaman onları cəzalandırır, tarixə çevirir. Beynəlxalq münasibətlərdə "öz öhdəliklərinə, beynəlxalq hüquq normalarına əməl etməyən, etibarsız dövlətlər" - "rogue state" adlanır. "Rogue" sözünün ingiliscə bir mənası da dələduz deməkdir. Belə çıxır ki, Rusiya Azərbaycanın ona olan etimadından sui istifadə edərək 10 noyabr sazişinin imzalanmasına nail olur və öz hərbçilərini sülhməramlı kimi Azərbaycan ərazisinə yerləşdirir, bundan sonra isə nəinki sazişin şərtlərinə uyğun olaraq Ermənistandan hərbi hissələrini Azərbaycan torpaqlarından çıxarmağı tələb etmir, əksinə, darmadağın edilmiş Ermənistan ordusunun yenidən qurulmasına kömək edir, Ermənistan hərbçilərinin onların nəzarətində olan Azərbaycan ərazisində yerləşdirilməsinə göz yumur. Beynəlxalq arenada təklənmiş və qorxudulmuş Rusiya Dumaya seçkilər ərəfəsində onsuz da müsbət olmayan beynəlxalq imicini bu formada zədələməklə ermənilərin rəğbətini qazanacağını, yaxud ermənipərəst Qərb dairələrindən bir "molodets" alacağını düşünürsə, yanılır. Nə ermənilərin, nə Qərbin Rusiyaya münasibəti dəyişən deyil. Qazanacaqları o olacaq ki, 44 günlük savaşda beynəlxalq hüquqa hörmət edib neytrallıqlarını saxladıqları üçün Rusiyaya müsbət mənada münasibəti dəyişən türk dünyasını, əsl müsəlmanları xəyal qırıqlığına uğradacaq,
Azərbaycanda və dünyada Rusiya əleyhinə təbliğat aparanlara əlavə sitimul vermiş olacaqlar.
Rusiya fikirləşirsə ki, BMT qətnamələri kimi, növbəti 30 il də Azərbaycanı digər Minsk qrupunun həmsədrləri birlikdə məcbur edəcək ki,10 noyabr sazişinin icrasını beynəlxalq birlikdən tələb etsin, yanılır. Azərbaycan tankları və artilleriyası ilə əhatə olunmuş Xankəndi ətrafındakı erməni hərbi hissələrinə bir yaylım atəşi kifayət edəcək ki, Qarabağda bir erməninin tozu belə qalmasın. Başıboş Ermənistan rəhbərləri rusların eyş-işrət zamanı istifadə etdikləri vasitəyə çevrilməməli, öz xalqlarının gələcəkləri barədə düşünməlidirlər.
Qarabağa əsgər göndərmək əvəzinə Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalayıb, sakit həyata keçməlidirlər. Qarabağ ermənilərinə "müstəqil dövlət" qurmaq istəyirdilər, ancaq erməni dığalarını rus əsgərlərinin çəkmələrini təmizləyən lakeylərə, qızlarını isə onların kənizlərinə çevirdilər.
Hesab edirəm ki, Müdafiə Nazirliyinin bəyanatından düzgün nəticə çıxarılmasa, Azərbaycan BMT qətnamələrini yerinə yetirdiyi kimi 10 noyabr sazişinin də icrası ilə əlaqədar qəti addımlar atmalı, Rusiya ilə münasibətlərə və sülhməramlıların statusu məsələsinə yenidən baxmalıdır. Ceyhun Bayramov təcili Türkiyəyə uçmalı və mövcud vəziyyət ciddi müzakirə olunmalıdır. Region dövlətləri və beynəlxalq birlik baş verənlər barədə ətraflı məlumatlandırılmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi