Elxan Məmmədov: "Hakimlə VAR arasında olan danışıqlar ictimailəşdiriləcək"
11-08-2021 [18:03]
AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə keçiriləcək oyunları idarə edəcək referi və referi köməkçiləri ilə görüş keçirib.
Mia.az xəbər verir ki, o, Hakimlər Komitəsinin üzvlərinin də iştirak etdiyi görüş zamanı mövsüm ərəfəsində Peşəkar Futbol Liqasını və hakimləri təbrik edərək, uğurlar arzulayıb, Premyer Liqa və ölkə kuboku uğrunda keçiriləcək oyunların keyfiyyəti baxımından məşqçilər və futbolçularla yanaşı, ədalət təmsilçilərinin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Ötən mövsüm qeydə alınan müəyyən səhvləri xatırladan icraçı vitse-prezident hakimlərə daha səylə hazırlaşmağı, daha diqqətli olmağı tövsiyə edib.
Məmmədov qeyd edib ki, Azərbaycan çempionatında fəaliyyət göstərən hakimlər məkanından və vaxtından asılı olmayaraq, hər hansı klub rəsmisi, nümayəndəsi və məşqçisi ilə görüşməməli, hətta təsadüfi və qısamüddətli xarakter daşıyan görüş olsa belə, dərhal bu barədə Hakimlər Komitəsinə məlumat verməlidir: “Burada məqsəd hakimlərə hər hansı məhdudiyyətin tətbiq olunması deyil, şəffaflığın təmin olunmasıdır”.
Hakimlik sahəsində daha bir vacib məsələnin həyata keçirilməsi istiqamətində işlər görüldüyünü bildirən E.Məmmədov bildirib ki, sentyabrın 1-dən etibarən “peşəkar hakim” sisteminin tətbiqinə başlanılacaq: “Hakimlərin peşəkar statusu daşıması bu sahənin inkişafında çox önəmli addım olacaq və bununla bağlı yaxın gələcəkdə detallı məlumat veriləcək”.
VAR sisteminin tətbiqi ilə bağlı hakimlərin diqqətinə çatdırılıb ki, artıq tender məsələləri öz həllini tapıb və pandemiya ilə əlaqədar hər hansı ləngimə baş verməzsə, 2022-ci ilin fevral ayından Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər: “VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq”.
Elxan Məmmədov qeyd edib ki, Azərbaycanda VAR sisteminin tətbiqindən sonra FIFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq: “Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər”.
Çıxışının sonunda E.Məmmədov hakimlərə bir daha uğurlar arzulayıb, onların beynəlxalq arenaya çıxmağa can atmasının, qarşısına bu məqsədi qoymasının vacibliyini vurğulayıb: “Sevindirici haldır ki, hakimlərimiz istər klub, istərsə də milli komandalar səviyyəsində keçirilən beynəlxalq oyunlara təyinat almaqla yanaşı, digər ölkələrin milli çempionat və ölkə kuboku qarşılaşmalarına da dəvət olunur, onların idarəçiliyi barədə xoş sözlər deyilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi