Deputat: "Bakı nəqliyyatını iflic vəziyyətə salıblar, nə qədər vətəndaşın boğazından kəsilən pul çox olarsa..." - "Rəhbəri kimi, mətbuat katibi də savadsızdır"
10-08-2021 [11:57]
"Xatırlayırsınızsa ötən gün bir müsahibəmdə Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən soyğunçuluq mexanizmi haqqında fikirlər səsləndirmişdim. Bildirmişdim ki: "BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan?" Üstəlik də, hər gün minlərlə nəqliyyat idarə edən Azərbaycan vətəndaşı müəmmalı şəkildə qeydiyyat aparan kameralar vasitəsi ilə cərimələnir və haradasa ölkədə boynunda cəriməsi olmayan vətəndaş tapmaq çətindir. Hamımız bilirik ki, pandemiya dövründə vətəndaşların gəlirləri xeyli azalmış, insanlarımız yoxsullaşmış, məşğulluq səviyyəsi də aşağı düşmüşdür".
Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.
O bildirib ki. digər tərəfdən ölkə prezidentinin rəhbərliyi altında 44 günlük savaşda qazanılan qələbə üçün də imkanı çatan hər bir vətəndaşımız canı ilə, qanı ilə, malı ilə böyük fədakarlıq göstərmişdir. İndi bu vətəndaş hər gün şəhərdə əksər yerlərdə iki dəqiqə avtomobilini saxlamaqla böyük bir cərimə yükünü öz boynuna götürməli olur:
"Üstəlik də avtobus yollarının digər nəqliyyat vasitələrinin yolunu daraltmaq hesabına zolaqla ayrılması da şəhərdə lüzumsuz tıxacların yaranmasına səbəb olur. Bütün bunların ağrısını, acısını onsuz da yoxsul vəziyyətdə olan vətəndaşımız çəkməkdədir. Bu həm də 44 savaşda qələbəmizin memarı olan ölkə prezidentinin apardığı siyasətə qarşı narazılıq elementlərinin armasına səbəb olan ciddi amillərdən biridir.
Bütün bu tənqid və iradlarıma cavab verən BNA təmsilçisi bunların ağ yalan olduğunu və Bakı Nəqliyyat Agentliyinin müqəddəs bir fəaliyyətlə məşğul olduğunu iddia etməyə çalışmışdır. Üstəlik bizim məqsədli şəkildə bu ittihamları səsləndirdiyimizi xüsusi olaraq vurğulamışdır. Burada əslində haqlılıq payı mövcuddur, çünki həqiqətən də bu irad və ittihamları səsləndirməkdə məqsədimiz var və əsas məqsədimiz də Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə oyunbazlığı vasitəsi ilə sürücülərin kütləvi şəkildə soyulmasının qarşısını almaqdır. Maraqlıdır ki, görülən işlərin miqyasını görmək üçün bu qurumun mətbuat xidmətinin rəhbəri şəxsimə alternativ iki hərəkət formasından birini seçməyi tövsiyə etmişdir. Həm də bunun qurumun rəhbərliyi və bütün kollektivi adından edilən tövsiyə olduğunu vurğulamışdır.
![]()
Bunlardan birincisi, bəndənizə şəhərdə piyada gəzmək, ikincisi isə ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur. Burada əlbəttə, tövsiyənin hər iki variantından aydın olur ki, qurumun rəhbəri kimi onun mətbuat xidmətinin rəhbəri də sadəcə savadsızdır. Əlbəttə, biz millət vəkili kimi öz seçki dairəmizdə seçicilərin yaşadığı yerlərə baş çəkərkən piyada gəzirik və bunu həmişə zövqlə edirik. Ancaq yuxarıda da vurğuladığım kimi, bəndəniz piyadaların soyulmasından deyil, bilavasitə avtomobilini idarə edən sürücülərin soyulmasından bəhs etmiş. Yəni piyada gəzməklə mənim müşahidə obyektimin nə olacağına hansısa aydınlıq gətirilməmiş.

Mais Ağayev, mətbuat katibi
Demək ki, tövsiyənin bu hissəsində piyada hərəkət deyil, özümün şəhərdə müşahidə aparmaq üçün şəxsən avtomobili idarə etməyim təklif oluna bilərdi. O isə hər kəs bilir ki, mənim, ümumiyyətlə sürücüm yoxdur və şəhərdə avtomobilimi özüm idarə etdiyimdən sürücülərin BNA soyğunçularının əlindən nələr çəkdiyini çox yaxşı bilirəm. İkinci tövsiyəyə gəldikdə isə, burada da hökmən dəqiqləşdirilmə aparılmalıydı. Ümumi şəkildə ictimai nəqliyyatla hərəkətdən söhbət gedib, ancaq bilmək istərdim ki, metro ilə getməliyəm, yoxsa avtobusla?
Fərq ondadır ki, metrodakı tunellərdə soyğunçuluğu həyata geçirmək üçün praktik imkan olmadığına görə burada BNA ilə hansısa anlaşılmazlığımız ola bilməz. İşdir, əgər avtobusla hərəkətimiz nəzərdə tutulursa, avtobusa kəsilən cərimənin sərnişin statusundə mənə nə aidiyyatı olacaqdır, doğrusu bunu aydınlaşdırmaq xeyli çətindir. Bax budur, sadə bir cümləni qura bilməyənlər bir yerə yığışıb Bakı nəqliyyatını da beləcə iflic vəziyyətə salıblar. Mətbuat xidməti rəhbərinin bu tövsiyəsinin etik tərəfinə gəlincə, açığı anlaşılan budur ki, vətəndaşların kütləvi soyulması hesabına yığılan cərimələrin əhəmiyyətli hissəsi bu qurumun hesabına keçirilir. Demək ki, nə qədər vətəndaşın boğazından kəsilən pul çox olarsa, bu qurum və onun rəhbəri daha çox varlanacaq. İndi bir az yoxsuldurlar deyə, səsləndirilən iradlara doğru-dürüst izah vermək yerinə hələ ki, bir millət vəkilinə piyada gəzməyi tövsiyə edirlər, ardınca digər millət vəkillərinə bu tövsiyə ediləcək, daha da varlanandan sonra nazirlərə və daha yuxarılara piyada gəzməyi tövsiyə edəcəklər. Bu qurumun belə bir iddialı rəhbəri bu minvalla 2025-ci ildə özünün prezidentliyə namizədliyini versə qətiyyən təəccüblənmərəm. Burada da özlərini dolaşdırdıqlarının fərqində deyillər. Hamı piyada gəzməyə başlasa, əcəba indiyə qədər etdikləri görməmişliyi indi də piyadalardan cərimə pulu yığmaqlamı davam etdirəcəklər?
Bakı Nəqliyyat Agentliyi adından verilən uğursuz açıqlamada diqqət çəkən əsas məqam isə başqadır. Bu açıqlamada hər şeydən danışılmış, "ağıllı" tövsiyələr verilmiş, ancaq vətəndaşları zinhara gətirmiş cərimələrdən, onların əsassızlığından, onların vətəndaşı ölkə rəhbərliyindən narazı salmağından bircə kəlimə də olsun danışılmamış. Açığı burada hiyləgər gedişi etiraf etmək lazımdır. Ancaq hiyləgər olmaq hələ ağıllı olmaq mənasına gəlmir.
Ölkə prezidentinin vətəndaşa layiqli xidmət etmək niyyəti ilə yaratdığı Bakı Nəqliyyat Agentliyini Bakı Nəqliyyat Soyğunçuluğu Agentliyinə çevirdiyiniz üçün vətəndaşların məhkəmələrə kütləvi şikayətləri başlasa və sizlərə qarşı vurulmuş mənəvi və maddi ziyana görə kompensasiya tələbləri çoxalsa, əmin olun ki, Kürdəxanıda korrupsioner dostlarınızın yanına hansı formada getməyi millət vəkilləri hamınıza dəqiqliklə tövsiyə edəcəklər".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi