Şirvanda Vətən müharibəsi əlili və ailəsi ziyarət edilib
09-08-2021 [19:45]
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən əhalinin sosial-rifah həllinin yaxşılaşması istiqamətində həyata keçirdiyi layihələr, park və xiyabanlarda, məhəllələrdə apardığı abadlıq və quruculuq işləri ilə yanaşı Vətən müharibəsi şəhidlərinin ailələrinə və əlillərinə xüsusi həssaslıqla yanaşılır, vaxtaşırı ziyarət edilir. Qaldırdıqları məsələlər, problemlər araşdırılır. Həlli istiqamətində zəruri tədbirlər görülür. Onlara maddi, mənəvi və təşkilati dəstək, qayğı göstərilir.
Mia.az xəbər verir ki, bu qayğının davamı olaraq Vətən müharibəsi əlili İskəndərov Xalid Vahid oğlu da yaşadığı ünvanda ailə üzvləri ilə birgə ziyarət edildi. İskəndərov Xalid Vahid oğlu 1990-cı ildə Əli Bayramlıda (indiki Şirvan şəhərində) anadan olub. 1996-cı ildə 16 nömrəli məktəbin birinci sinfinə qəbul olub. 9-cu sinfi bitirdikdən sonra Peşə məktəbində geniş profilli dəzgahçı ixtisasına yiyələnib. 2009-2011-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Xidmətdən sonra Regional Sarvan QSC- də sürücü vəzifəsinə işə qəbul olub.
Xalid İskəndərov da 29.09.2020-ci il tarixdən Şirvan şəhərindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılaraq xüsusi şücaəti ilə fərqlənib. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 14.10.2020-ci il tarixdə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə güllə və qəlpə yarası alıb.
Füzuli rayonunun Böyük Bəhmənli Diaqnostika Mərkəzində, Yevlaxda və Bakıda Müdafiə Nazirliyinin Mərkəzi hospitalında müalicə edilib. Sonra evdə ambulator müalicə alıb. Ailəlidir iki övladı var.
Ziyarət zamanı Vətən Müharibəsi əlili İskəndərov Xalid Vahid oğlu və anası Afaq xanım oğlunun müalicəsində əməyi olan bütün tibb işçilərinə, xüsusilə travmatoloq Əli həkimə və nevropotoloq Məsumə həkimə minnətdarlıqlarını çatdırmağı xahiş etdilər.
Vətən müharibəsi əlili Xalid İskəndərov və ailə üzvləri, xüsusilə anası Afaq xanım oğlunun həyata qayıtmasında əməyi olan hər kəsə, şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi