Əmək müqaviləsi bağlamayanlar 3 il müddətinə azadlıqdan məhrum ediləcək

img

04-02-2014 [18:15]


"Azərbaycanda işçilərlə əmək müqaviləsi bağlamayan işəgötürənlər 3 il müddətinə azadlıqdan məhrum ediləcək".  ANS PRESS-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bəzən işəgötürənlər tələb olunan mütləq göstəriciləri əmək müqaviləsində əks etdirmirlər.

Xidmət rəisi qeyd edib ki, bəzi hallarda əmək müqavilələrinin bir nüsxəsi işçiyə təqdim olunmur və işəgötürənlər bu haldan yayınırlar. İ.İsayev bildirib ki, sonda işçi əmək müqaviləsi üzrə öz hüquqlarından məlumatsız olur, işə götürən isə bundan istifadə edərək müəyyən addımlar atır:

"Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq nazirlikdə elektron informasiya sistemi fəaliyyətə başladıqdan sonra bütün işçilər öz öhdəliklərini bilmiş olur və işəgötürəndən də bunu tələb etmək imkanına malikdirlər. Əmək Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İnzibati Xətalar Məcəlləsinə müəyyən dəyişiklik edilib. Əvvəllər əmək müqaviləsi bağlamadan şəxsin hər hansı bir işə cəlb olunmasına görə cərimə tətbiq edilirdisə, artıq həmin əmək müqaviləsi ilə bağlı məlumatın elektron informasiya sisteminə daxil edilməməsinə görə cərimənin tətbiq edilməsi nəzərdə tutulub. Eyni zamanda Cinayət Məcəlləsinə də dəyişiklik edilib ki, buna əsasən, işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb olunması ilə bağlı işəgötürənlər 7 min manatdan 10 min manatadək və ya 3 il müddətinə azadlıqdan məhrum ediləcək. Bütövlükdə məqsəd ondan ibarətdir ki, respublikada bütün işəgötürənlər öz işçiləri ilə əmək müqaviləsi bağlamış olsun, müqavilədəki əks olunana öhdəliklər barədə onları məlumatlandırsınlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA