HƏBSDƏKİ GENERALIN OĞLU: "Atamı istəməyən insanlar ola bilər..." - "Bilirlər ki, Rövşən Əkbərov nə işlər görüb"
07-08-2021 [17:09]
Xəbər verdiyimiz kimi keçmiş birlik komandiri, general-leytenant, Milli qəhrəman Rövşən Əkbərov illər əvvəl Ukraynada törətdiyi qətl hadisəsinə görə həbs olunub.
Hazırda onun məhkəmə prosesləri gedir. Bir neçə gün əvvəl onun oğlu Telman Əkbərovun da adına olan obyektə, keçmişdə atasının komandir olarkən tabeliyində olan əsgərləri fəhlə kimi işlətməsi, orada bir əsgərin vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.
Mia.az xəbər verir ki, Telman Əkbərov atası və özü ilə bağlı cəmiyyətdə ciddi rezonans doğuran bu hadisələrlə bağlı Manset.az-ın suallarını cavablandırıb:
- Rövşən müəllimlə görüşmüsünüz, səhhəti necədir, özünü necə hiss edir?
- Məhkəmədə görmüşəm, şükür Allaha, səhhəti yaxşıdır. Özünü yaxşı hiss edir. Dövlətimiz necə lazımdır generalını, Milli qəhramanını qoruyur. Arxasında da dayanır.
- Hazırda atanızın məhkəmə presesləri gedir, nə deyə bilərsiz?
- Düzdür, mən atamın bu qətli törətdiyinə inanmıram. Ancaq qanunlar var, polis, prokurorluq bununla bağlı araşdırma edib, istintaq aparılıb. Biz qanunlara, dövlətimizə inanırıq. İnanıram ki, hər şey yaxşı olacaq. Səhvdirsə səhv, düzdürsə düz. Əgər mənim atam səhv nəsə edibsə, təbii ki, cəzasını alacaq. Biz insanıq. Allah tərəfindən yaradılmış insanıq. Hər şey ola bilər. Heç bir adam heç nədən sığortalanmayıb.
- Atanızı istəməyən adamlar var dediniz, bunun məlum hadisələrlə nə əlaqəsi var? Onlar bu hadisələrə nə formada təsir edə bilər?
- Atamı istəməyən insanlar ola bilər. Ancaq biz qanunlara inanırıq . Prezidentimizə inanırıq. Mənim atam vicdanla dövlətinə xidmət edib. Mən ədalətə inanıram.Məhkəmə nə qərar verəcək görəcəyik. İnanıram ki, məhkəmənin qərarı ilə bəzi məsələlərin nə formada olduğu aydınlaşacaq. Məndən nəsə istəməyiblər, heç bir məlumat istəməyiblər, hər halda hər şey aydınlaşacaq. Dövlətimiz bilir, Rövşən Əkbərov kimdir, nə işlər görüb, nələr edib. Dövlətimiz və cənab Prezidentimiz atamın fəaliyyətini bilir. İnşallah, bunlara qiymət veriləcək.
- Qarşı tərəflə danışmısız? Onlar bu barədə nə deyir?
- Onlar bu günə kimi elə bilirlər ki, hadisəni atam törədib. Yəni, atamı günahkar bilirlər. Bu barədə geniş danışmayacam. Mən qanunlara inanıram. Mənim atam hazırda çətinlikdədir deyə, demirəm. Rövşən Əkbərov dövlətinə sədaqətlə xidmət edib. Ümummilli lider Heydər Əliyev mənim atama həmişə qiymət verib. Cənab prezident də yüksək qiymət verib. Bu gün də nəsə xidmətində səhv varsa və ya həyatında nəsə səhvlik edibsə, buna da qiymət veriləcək.
- Məhkəmədə yüksək çinli məmurların şahid kimi adları çəkilir, bu barədə nə deyə bilərsiz?
- Mən onları tanımıram. Yəni dövlət məmuru kimi tanıyıram. Onlar özləri hər şeyi yaxşı bilir. Şahid kimi nə deyiblər, bilmirəm. Hər kəsin vicdanı onun Allahıdır. Bu barədə də yenə də qanunlara arxalanırıq. Hüquq-mühafizə orqanlarına, məhkəməyə inanıram.
- Sizinlə bağlı da ittihamlar var, bu barədə fikirlərinizi bilmək istərdik.
- Bunlar boş söhbətlərdi. Hər bir kəsin adına nəsə ola bilər. Hər şey araşdırılıb. Hər kəs qanun qarşısında eynidir. Heç kəs qanundan qaça bilməz. İnşalah, hər şey yaxşı olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi