ƏFSANƏVİ GENERAL GERİ DÖNDÜ: Türk əsilli general "Taliban"la savaşın astanasında - Ölkə tarixinin ən ağır döyüşünə sürüklənir
07-08-2021 [13:23]
“Taliban”a bağlı qüvvələr Əfqanıstanın şimalındakı məşhur özbək sərkərdəsi Rəşid Dostumun qalası kimi tanınan Cavuzcan əyalətinin mərkəzi Şibirgan şəhərinə girərək polis binasını ələ keçirib.
Cavuzcan əyalətinin mərkəzində artıq bir neçə gündür, “Taliban”la Kabil hökumət qüvvələri arasında ağır toqquşmalar baş verir.
Cavuzcan əyaləti ölkənin özbək əsilli sərkərdəsi Rəşid Dostumun qalası olaraq tanınır. Bildirilir ki, bir neçə müddətdir Türkiyədə müalicə olunan Rəşid Dostumana yurdunda vəziyyətin ağırlaşması səbəbindən dünən Əfqanıstana qayıdıb. Yəqin ki, yaxın günlərdə Əfqanıstanda “Taliban”a qarşı daha effektli dirəniş xəbərləri alacağıq.

Rəşid Dostum kimdir?
1953 -cü ildə Şibirqan şəhərində anadan olan Rəşid Dostum böyük hərbi zəkaya malik şəxsiyyət kimi tanınır. Onun hərbi təhsili yoxdur və bu sahədəki fəaliyyətinə 26 yaşında Əfqanıstanda Sovetlərin açdığı qaz zavodunda fəhləliyi ataraq başlayır. Buna baxmayaraq, Rəşid Dostum qısa müddət ərzində özbək, türkmən və tacikləri öz ətrafında toplayır və ölkənin ən nüfuzlu hərbi-siyasi liderlərindən birinə çevrilir.
Sovet qoşunlarının Əfqanıstandan çıxmasından sonra hakimiyyətdə olan MəhəmmədNəcibullah hökuməti ilə əməkdaşlığa başlayan özbək lider ölkənin şimalındakı 7 vilayətin, xüsusilə də Məzari-Şərifin idarəsini öz üzərinə götürür. Qurduğu “Cünbüşi İslami Əfqanıstan” adlı təşkilatı ilə ölkənin siyasi həyatında yeri doldurula bilməz fiqura çevrilir.
1992 -ci ildə Məhəmməd Nəcibullahın devrilməsi də məhz Rəşid Dostumun ondan dəstəyini çəkməsindən sonra baş tutub. İki müttəfiqin yollarını ayırmasından sonra mücahidlər rahatlıqla Kabilə girdi və Nəcibullahı sığındığı BMT ofisindən zorla çıxararaq dar ağacından asdılar.

Rəşid Dostumun Nəcibullahdan ayrılmasının əsas səbəbi təmsilçisi olduğu türk əsillilərin hakimiyyətdə yetərincə yer almaması və hakimiyyətin buna müsbət baxmaması idi. Əsasən Səudiyyə Ərəbistanı, Pakistan və İran tərəfindən dəstəklənən mücahidlər də bu məsələdə Nəcibullahdan fərqli davranmadılar. Ən əsası isə narkotika ticarətinə rəhbərlik etmək uğrunda bir-birinin qanına susadılar. Paytaxtda sonu görünməyən mübarizədən heç bir nəticə çıxmayacağını anlayan Rəşid Dostum öz tərəfdarları ilə birlikdə ölkənin şimalına çəkildi və Məzari-Şərifdə dövlət hakimiyyətini möhkəmləndirdi. Özbək liderin idarəçiliyinin mərkəzinə çevrilən Məzari-Şərif qısa müddətdə hər sahədə, xüsusən təhsil, ticarət və əkinçilikdə inkişaf etdərək Əfqanıstanın digər bölgələrini geridə buraxdı. Bütün bu uğurlarına Türkiyə ilə qurduğu əlaqələr sayəsində imza atan Rəşid Dostum o dövrün Türkiyə prezidenti Turqut Özalın yaratdığı imkanlarla adını və mübarizəsini bütün dünyaya tanıtdı. Turqut Özalla münasibətləri elə yüksək səviyyəyə yüksəlmişdi ki, mərhum Türk prezident öz istifadə etdiyi iş avtomobilini belə, Rəşid Dostuma bağışlamışdı. Bu hədiyyənin daşıdığı simvolik məna Əfqanıstanda böyük həyəcan doğurur və türk əsillilərin özbək lider ətrafında daha sıx birləşməsinə səbəb olurdu.
Qazandığı nüfuz nəticəsində Əfqanıstanın Baş Hərbi Şurasının rəhbəri seçilən Rəşid Dostumun dəstəkləmədiyi mücahidlər ölkəni vətəndaş müharibəsi poliqonuna çevirərək öz xarici dəstəkçilərini də itirməyə başlayırlar. Pakistanın onlara alternativ olaraq yaratdığı “Taliban”la da Rəşid Dostumun ulduzu barışmır. Baxmayaraq ki, özbək lider ölkənin şimali ilə bağlı sövdələşmələri “Taliban”la deyil, onun arxasında dayanan Pakistanın Baş naziri ilə birbaşa aparırdı. Sövdələşmələrdən heç bir nəticə hasil olmayınca “Taliban”la açıq döyüşlərə girmək məcburiyyətində qalan Rəşid Dostum güclü düşmən qarşısında çox duruş gətirə bilmir.

“Taliban”ın 1995-ci ildə Məzari-Şərifi ələ keçirməsindən sonra Türkiyəyə sığınan Rəşid Dostum yeni fürsətlərin doğacağı anı səbrsizliklə gözləyir. Nəhayət, 2001-ci ildə ABŞ-ın Əfqanıstanı işğal etməsilə yenidən məmləkətinə qayıdır. Son 20 ildə ölkədə qurulan hökumətlərlə birlikdə çalışan Dostum 2004-cü ildə Əfqanıstanın prezidentliyinə namizədliyini irəli sürsə də, uduzur. Bu məğlubiyyətdə sözsüz ki, seçkilərin saxtalaşdırılması, Əfqanistan insanlarının seçimdə idraki qabiliyyətə yox, etnik mənsubiyyətə üstünlük verməsi, ətraf ölkələrin dəstəyini ala bilməməsi və s. kimi amillər də mühüm rol oynayır. 2014 -cü ildə məhz keçmiş dərslərdən nəticə çıxararaq, Əfqanıstan Prezidenti seçkilərində Əşrəf QaniƏhmədzaini dəstəkləyir və seçkilərdən sonra Əfqanıstanın 1 -ci vitse -prezidenti olur. Bütün bu faktlar Rəşid Dostumun həm daxildə, həm də xarici arenada xor görülməyəcək qədər ciddi dəstəyə malik olduğunu təsdiqləyir.
Rəşid Dostum Əfqanistanın hərb tarixində marşal ünvanını alan 3 generaldan biridir. Ötən il bu ünvan ona verilərkən, özünə yaraşdırıb Kabilə getməmişdi. Qazandığı yüksək hərbi rütbəni özbək liderinə təqdim etmək üçün Əfqanıstanın ikinci şəxsi sayılan Sülh və Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdullah Cevuzcan əyalətinə gəlmişdi.

Üstün əsgəri zəkaya malik olan Dostum ABŞ-ın bu tezlikdə Əfqanıstandan çıxmasını dəstəkləmirdi. Onun fikrincə, ABŞ hərbi qüvvələri Əfqanıstanda daha 6 ay qalmalı və “Taliban”a qarşı mübarizəyə rəhbərlik etməyi ona həvalə etməli idi. Dostum əmindir ki, o, ABŞ-dan istədiyi dəstəyi alarsa, “Taliban”ı 6 ayda bitirə bilər. Əslində ötən ilin iyun ayında ona marşal ünvanı da məhz bu səbəbdən verilmişdi və bütün ordulara rəhbərlik funksiyasının ona tapşırılması gözlənilirdi. Fəqət marşalın öz hərbi rütbəsini almaq üçün Kabilə getməməsi və ölkə prezidenti Əşrəf Ganinin də onun ayağına gəlməməsi rəsmi Kabildə onun parlamasını istəməyənlərin kifayət qədər çox olduğuna dəlalət edir. Dostum böyük ehtimalla sui-qəsdə uğrama ehtimalını düşünürək paytaxta getməyi uyğun görməmişdi.
ABŞ-ın Əfqanıstanı tərk etməsi ilə yenidən hakimiyyətə qayıdan “Taliban”ın əsas hədəflərindən biri də Əfqanıstanın digər etnik qrupları kimi, türk xalqlarıdır. İlk hakimiyyəti illərində də bunu açıq şəkildə ortaya qoyan “Taliban”ın bu dəfə Şibirgan şəhərini işğal etməyə girişməsindən sonra Rəşid Dostumun Türkiyədəki müalicəsini yarımçıq buraxıb Əfqanıstana geri dönməsi təsadüfə bənzəmir. Mümkündür ki, “Taliban”a qarşı yeni mübarizəyə rəhbərliyi Rəşid Dostum öz üzərinə götürsün. Zənnimizcə, dünyanın ən böyük güc mərkəzlərinin dəstəyi də bu dəfə Rəşid Dostumun xeyrinədir.

Xatırladaq ki, NATO-nun son liderlər zirvəsində Əfqanıstana nəzarət Türkiyəyə tapşırıldı. Ardınca da “Taliban”a qarşı döyüşəcək xüsusitəyinatların qardaş ölkədə yetişdiriləcəyi məlumatları yayıldı və bu xəbər NATO qaynaqları tərəfindən də doğrulandı. Türkiyənin isə regionda ən çox güvəndiyi hərbi komandanın Rəşid Dostum olduğu sirr deyil. Üstəlik, Ankaranın qurmağa çalışdığı Turan birliyinin mühüm tərkib hissəsi olan Türkistan coğrafiyası da Əfqanistanın şimalından başlayır. Ankara və müttəfiqləri bu bölgəni Allahın ümidinə buraxa bilməzlər. Bütün bu amilləri üst-üstə gələndə isə Rəşid Dostumun “Taliban”a qarşı mübarizəyə rəhbərlik ermək üçün Əfqanıstana getdiyi ehtimalı güclənir.
Heydər Oğuz,
Ovqat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi