04-02-2014 [16:23]
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin yaranmasının 5 ili tamam olur. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsi 2008-ci ilin dekabrından fəaliyyətə başlayıb. Rəsmi olaraq şöbənin yaradılması haqqında universitet rektoru, millət vəkili, professor Səməd Seyidov tərəfindən 2009-cu ilin fevral ayının 4-də sərəncam imzalanıb.
İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə Zeynəb Kazımova rəhbərlik edir.
Şöbə yarandıqdan etibarən öz işini bir neçə istiqamətdə qurub. Şöbənin tərkibinə Mətbuat xidməti, Protokol xidməti, "Poliqlot” qəzeti redaksiyası və universitetin veb-saytı ilə iş daxildir. Şöbə eyni zamanda, ADU-nu sosial media vasitəsilə təbliğini aparır. Facebook səhifəsi olan "AUL Press Service” səhifəsi vasitəsi ilə universitetin fəaliyyətindən KİV-də yayımlanan gündəlik xəbərləri, videosüjetləri və fotoşəkilləri səhifəyə yerləşdirir.
"Poliqlot” qəzetinin redaksiyası da xidmətin tərkibinə verilibr. Azərbaycan Dillər Universiteti fəaliyyətə başladığı ilk vaxtlarda "Bilik" adlı qəzet nəşr edilib. 1993-cü ilin əvvəllərində adıçəkilən qəzetin fəaliyyəti çox zəifləyib və sonralar nəşrini dayandırıb. Belə ki, professor Səməd Seyidov universitetə rektor təyin olunduqdan sonra, yəni 2000-ci ilin dekabrından etibarən qəzet universitetin adına uyğun olaraq, "Poliqlot" adı ilə nəşr olunub. Rəngli nəşr olunan qəzet 1500 tirajla buraxılır. Universitetlər içərisində ilk dəfə məhz ADU-nun rəsmi mətbu orqanı olan "Poliqlot” qəzeti 22 oktyabr 2009-cu ildə Azərbaycan Mətbuat Şuraşına üzv qəbul olunub.
Ölkənin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq məhz ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsi 2009-cu il iyulun 7-də KİV nümayəndələri üçün "2008-2009-cu tədris ilinin yekunlarına həsr olunmuş brifinq” təşkil edim. Bu respublikamızda hər hansı bir ali təhsil müəssisəsi tərəfindən ilk dəfə irəli sürülən bir təşəbbüs oldu. KİV-in böyük diqqət və marağına səbəb olan bu addım ilk dəfə məhz ADU-da reallaşdı.
Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq ADU-nun Mətbuat xidmətinin təşəbbüsü ilə 2009-cu il oktyabrın 22-də "Ali təhsil müəssisələrində Mətbuat xidməti: işin təşkili, reallıqlar, perspektivlər” mövzusunda dəyirmi masa təşkil edilib və bu tədbir ölkə KİV-də geniş işıqlandırılıb.
Şöbənin həyata keçirdiyi tədbirlər sırasında 2010-cu ildə şöbənin yaranmasının 1 illiyinə və "Poliqlot” qəzetinin yaranmasının 10 illik yubileyinə həsr olunmuş tədbiri də misal çəkmək olar. Yubiley tədbirində ölkənin aparıcı media qurumlarının rəhbərləri, müvafiq strukturlarının vəzifəli şəxsləri iştirak ediblər. Şöbə həmçinin tələbələr arasında ən yaxşı yazı müsabiqəsi də elan edib. Qaliblər universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Keçmiş Təhsil naziri Misir Mərdanovun şəxsi imzası ilə 2009-cu ilin oktyabrında şöbəyə təşəkkür məktubu ünvanlanıb. Təşəkkür məktubunda qeyd olunub ki, ali təhsil müəssisələri içərisində məhz ADU-nun Mətbuat xidməti öz peşəkar fəaliyyətinə görə birinci yeri tutur.
2010-cu ildə Azərbaycan Dillər Universiteti "İlin Universiteti”, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində "İlin mətbuat xidməti” adını qazanıb. 2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri Z.Kazımova ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”Ilin mətbuat katibi” seçilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi