04-02-2014 [14:10]
Napaleon mundirində kollajı yayılan Eldar Əzizov küçələri şagirdlərin hesabına təmizlətdirir, şikayətçi validyenlər təhsil şöbəsinin müdiri tərəfindən təhdid olunurlar, şəhərdə çörək və nəqliyyat böhranı yaşanır.
Ölkə ərazisinə yağan qardan sonra üzə çıxan mənzərə həqiqətən də hürkütücüdür. Çünki təbii hadisədən sonra Bakının özü də daxil olmaqla, ölkənin iri şəhərlərinin qışa hazır olmadığı üzə çıxdı.XeberLent.azinformasiya agentliyi xəbər verir ki, ən acınacaqlı durum Sumqayıt şəhərində yaşanıb. Ölkənin aparıcı sənaye şəhəri olan Sumqayıtda yerli hakimiyyət orqanlarının ümumilikdə, qışla bağlı hazırlıq işləri görmədikləri də təsdiqlənib. Çünki qısa müddət ərzində şəhərin bütün infrastrukturu az qala sıradan çıxacaq həddə qədər gəlib.
Qar yağdı, Sumqayıtda çörək qəhət oldu
Dünən redaksiyamıza müraciət edən Sumqayıt sakinləri deyiblər ki, durum həddindən artıq acınacaqlıdır. Şikayətçi şəxslərin bildirdiyinə görə, qar yağdıqdan sonra Heydər Əliyevin büstünün qarşısındakı yoldan başqa heç bir yola qum və duz tökülməyib.
Bakı ilə əlaqənin kəsilmək həddində olduğunu qeyd edən sakinlər arvtobusların işləmədiyini deyiblər. «Bakıya avtobus olmadığı üçün paytaxtda işləyən şəxslər nə edəcəklərini bilmirlər. Bakıda işləyən tanışlarımızın bir çoxu işdən azad olunublar. Bəziləri ayda 400-500 manata işləsə belə, nəfərinə 10 manat verib taksi ilə Bakıya getməli olur».
Sumqayıt İcra Hakimiyyətinin yayda nə işlə məşğul olduğu və qışa hansı səviyyədə hazırlığı isə elə dükanlarda çörəyin olmamasından məlumdur. Belə ki, son iki gün ərzində şəhərin bütün mağazalarında çörək yox həddində olub. «Mağazalarda çörək belə yox həddindədir. Təcili Yardıma zəng edildiyində 1 saat sonra ancaq gəlib ünvana çata bilir. Şəhərin əksər məhəllələrində işıq, su və istilik yoxdur».
Qar təmizlətdirilən şagirdlər niyə təhdid olunub?
Ötən gün orta məktəb müəllimləri məlumat vermişdilər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən yolların qardan təmizlənməsi üçün şagirdləri küçələrə çıxarıblar. Şəhər sakinləri də bu məlumatı təsdiqləyiblər. Amma onlar təkcə şagirdlərin deyil, elə müəllimlərin də prosesə cəlb edildiyini vurğulayırlar.
Bunla bağlı danışan şəhər sakinləri qeyd ediblər ki, Sumqayıtdakı 12,17,14, 30, 31, 41 və digər orta məktəblərdə şagirdlərlə yanaşı, müəllimlər də küçələri təmizləməyə cəlb ediliblər.
Təhsil şöbəsinin müdirinin qəti tapşırığı əsasında həyata keçirilən prosesdən sonra şagirdlər arasında soyuqdəymə hallarının artdığını da iddia edirlər. Bildirilir ki, havanın soyuq olmasına rəğmən, azyaşlılara qar təmizlətdirmək onların xəstələnməsinə gətirib çıxarıb. Valildeynlərin etirazına gəldikdə isə onların da qarşısını təhdid yolu ilə alıblar. Şöbənin müdiri bütün direktorlara təlimat verib ki, şikayətçi olan valideynlərin uşaqlarını incitsinlər, hətta zərurət olarsa, məktəbdən belə çıxarsınlar.
Əqli Cəhətdən Qüsurlu olan İnternat Məktəbində nə baş verir?
Ən acınacaqlı durum isə şəhərin 5-ci mikrorayondakı Əqli Cəhətdən Qüsurlu olan Uşaqların İnternat Mərkətində yaşanıb. Belə ki, məktəbin direktoru Ayət xanım bütün müəllimləri küçələrin qardan təmizlənməsinə səfərbər edib. Bu azmış kimi, o, müəllimlərə öz maşınını və evinə gedən yolu da təmizlətdiribmiş.
Deyilənlərə görə, Ayət xanım öz işçilərinə əziyyət verməkdə ad çıxarıb. Bildirilir ki, məktəbin direktoru müəllimlərə onların vəzifəsi olmayan işləri də gördütdürür. İnternatda isə rüşvət və korrupsiya hallarının baş alıb getdiyi isə Sumqayıtda hamı tərəfindən bilinən hal kimi qəbul olunur. İddia edilir ki, Ayət xanımın 2 yerdə 3 mərtəbəli villası və uşaqları ilə özünün birlikdə 5 ədəd bahalı maşını da var.
Saraylılar qan ağlayır
Saray qəsəbəsinin sakinləri isə qan ağlayırlar. Onlar Qəsəbənin qurtaracağından Sumqayıtın yarasına kimi yolların bərbad vəziyyətdə olduğundan şikayətçidirlər. Palçıqlı yollarla hər gün gedib-gələn insanlar nə edəcəklərini belə bilmirlər.
Onların etdiyi şikayətə də baxan yoxdur. Eldar Əzizovun icra başçısı olduğu dönəmdə problemlərinin çözülməyəcəyinə əmin olduqlarını vurğulayan qəsəbə sakinləri çarəni Bakıda axtarmaq niyyətindədirlər.
Sumqayıtlılar Eldar Əzizovu «günün qəhrəmanı» elan etdilər
Sumqayıtın üzləşdiyi problemlərdən dolayı şəhər camaatı onlara yardımçı olmayan və daha çox başqa işlərə başı qarışmış icra başçısını «mükafat»landırıblar. Sosial şəbəkələrdə «Günün qəhrəmanı» kimi təqdim etdikləri Eldar Əzizovun hətta kollaj olunmuş şəkillərini də yayıblar.
Napaleonun mundirində verilmiş Əzizovun əlində isə şirniyyət əks olunub. Və bununla bağlı Sumqayıtdan olan gənclər aşağıdakı fikirlərini yazıblar: «Artıq iki sutkadır Sumqayıtda güclü qar yağıb deyə, şəhər blokada vəziyyətindədir. Eldar Əzizov şəhərin Heydər Əliyev prospekti və Sülh küçəsini təmizlətdirməklə işini bitmiş hesab edir. Bu adamın işi ancaq tort və paxlava bişirməkdən ibarətdir deyə, şəhərin digər yerlərinin durumu, yağan qarın buza çevrilməsindən sonra durum heç də ürəkaçan deyil. Sonda isə yağan qar nəqliyyat, eləcə də piyadalar üçün təhlükə mənbəyi olaraq qalmaqdadır».
P.SYazıda adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.jam.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi