Azərbaycan sərhədçilərini öldürən İran vətəndaşının cinayət işi məhkəməyə göndərildi
04-08-2021 [12:18]
Bu ilin may ayının 15-də Bərqi Həsənğuli Novruz oğlunun digər İran İslam Respublikasının vətəndaşları Əbdi Rəsul Zöhrab oğlu, Ağayi Əllahbəxş Bağış oğlu, Həsənzadə Huşəng Curi oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncudan külli miqdarda narkotik vasitə və psixotrop maddələr hesab edilən ümumilikdə külli miqdar təşkil edən 3947.755 qram heroini, 930 qram olan külli miqdarda metamfetamini, ümumilikdə külli miqdar təşkil edən 8.34 qram metadonu və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2.157 qram olan narkotik vasitə tiryəki, habelə AK 74 markalı 2 ədəd odlu silahı və onun komplekt hissələri olan daraqları, çoxsaylı 7.62 və 5.45 mm-lik kalibrdə patronları və bir ədəd gecəgörmə cihazını əldə edib daşımaqla, İrandan Azərbaycan Respublikasının Yardımlı rayonu ərazisindən qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə keçirərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açaraq həmin Xidmətin 2 hərbi qulluqçusunu qəsdən öldürmələri faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, cinayət hadisəsinin iştirakçılarından biri – İİR-nın vətəndaşı Bərqi Həsənğuli Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, ( qabaqcadan əlbir olan bir qrup şəxs halında iki zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla qəsdən öldürmə), 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah, onun komplekt hissələrini, habelə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədilə əldə etmə və qaçaqmalçılıq yolu ilə keçirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədinin qanunsuz keçmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda İran vətəndaşı Bərqi Həsənğulinin yuxarıda qeyd edilən cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaqın gedişi zamanı 19 may 2021-ci il tarixdə saat 10:30 radələrində isə DİN-in Daxili Qoşunlarının və DSX-nin hərbi qulluqçularının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun üzvü-İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonunun Zevin kəndi ərazisində gizləndiyi yer müəyyən edilərək silahlı müqavimət göstərən zaman zərərsizləşdirilmiş, digər iki İran vətəndaşı barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar qəbul edilməklə axtarışları elan olunub.
Hazırda həmin cinayətin digər iştirakçılarının müəyyən edilməsi və bütün digər cinayət xarakterli fakt və məlumatlar üzrə cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi